Qırğızıstan saxlanılan musiqiçiyə görə Qazaxıstana nota verdi - YENİLƏNİB

Qırğızıstan saxlanılan musiqiçiyə görə Qazaxıstana nota verdi - YENİLƏNİBQırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.

Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

"Biz Qazaxıstana nota vermişik və bu işlə bağlı bütün məlumatları göndərmişik", - deyə o bildirib.

Hazırda təxminən 20 nəfərə yaxın Bişkek sakini ölkədəki Qazaxıstan səfirliyinin önündə etiraz aksiyası keçirir. Onlar Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunovun sərbəst buraxılmasını tələb edirlər.(oxu.az)

14:07

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verildiyini iddia edən və iğtişaşlar zamanı Almatıda saxlanılan şəxs Bişkekdən olan caz orkestrinin rəhbəri Vikram Ruzaxunov olub.

Bu məlumatı musiqiçinin yaxınları təsdiqləyib. İnsidentlə əlaqədar Qırğızıstanın Xarici İşlər Nazirliyi hazırda öz vətəndaşının Qazaxıstanda saxlanma şəraitini aydınlaşdırdığını açıqlayıb.

"Bu, Qırğızıstanda məşhur caz ifaçısı Vikram Ruzaxunovdur. O, tez-tez Qazaxıstana gedir, orada konsertlərdə iştirak edir. Onu dünya caz aləmində çoxları tanıyır. Biz onu tanıyırıq və sevirik! Xahiş edirəm, onun üzərinə heç nə yıxmayın, buraxın. O, sadə musiqiçidir!" – deyə Azis Abəkirov "Twitter"-dəki mikrobloqunda yazıb.

Mənbə: oxu.az

11:42

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verilibmiş.

Belə bir iddia ilə "Qazaqstan" kanalına açıqlama verən adı açıqlanmayan Qırğızıstan vətəndaşı çıxış edib.

O bildirib ki, eyni mənzildə birlikdə qaldıqları 10 nəfərlə yanaşı ona da 90 min təngə (təxminən 350 AZN) verilib ki, küçə nümayişlərində iştirak etsin. Mənzildəki şəxslərin arasında Özbəkistan, Tacikistan və digər ölkələrdən də şəxslər olub.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 160
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 151
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 141
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 84
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 134
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 158
.