2022-ci il pandemiyanın bitməsi ilə tarixə düşə bilər? – ARAŞDIRMA

2022-ci il pandemiyanın bitməsi ilə tarixə düşə bilər? – ARAŞDIRMAYeni il yeni ümidlər, planlar deməkdir. Bu il, bəlkə də, bütün dünyanın ən böyük ümidi pandemiyanın bitməsi, normal həyata qayıtmağımızdır. Bununla bağlı artıq müsbət proqnozlar da eşidirik.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər.

ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb: "Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizini peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir".

Koronavirusun mutasiyası nəticəsində yaranan "omicron" variantını bir çox mütəxəssislər tunelin sonundakı işıq adlandırırdılar. Bu ştammın pandemiyanın sonunu gətirəcəyini düşünənlərlə yanaşı, vəziyyətin daha da pisləşəcəyini iddia edənlər də var idi. Bəs bizi nə gözləyir? Arzuladığımız o işığa çatırıqmı?

"Kaspi" qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.

Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, artıq "omikron"la bağlı elmi tədqiqatların istinad edilə biləcək nəticələri var. Nəticəyə əsasən demək olar ki, virus az da olsa, zəifləyib:

"Artıq dolğun və elmi əsaslı fikir söyləmək mümkündür. Tədqiqatlar göstərir ki, peyvənd olmayanların "omikron" ştammına yoluxma zamanı "delta" ilə müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb. Biz bu fakta əsaslanıb deyə bilərik ki, "omikron" "delta" ilə müqayisədə bir az zəifləyib. Amma "tam zəifləyib və qorxulu deyil" deyə bilmərik. "Omikron"da da ağır gedişli kliniki hallar var. Bu prosesin isə "delta"ya yoluxan zaman baş verən ağır kliniki gedişatlarla müqayisəli elmi tədqiqatı hələ mövcud deyil, amma önümüzdəki həftələrdə onu da görəcəyik".

Həkim vurğulayır ki, peyvənd olunanlar arasında da "delta" ilə müqayisədə "omikron"a yoluxma zamanı ağır kliniki hallar ciddi şəkildə azalıb: "Növbəti önəmli tədqiqat isə Avstraliyada aparılıb. Sevindirici nəticələri burada da görmək olur. Belə ki, orada yuxarı yaş qruplarının 95 faizə qədəri peyvənd olunub. Tədqiqata əsasən, peyvənd olunanlar arasında "omikron"a yoluxma zamanı "delta" ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb. Bu da bizə bir daha onu deməyə əsas verir ki, nəinki peyvənd olunmayanlar, eyni zamanda peyvənd olunanlar arasında da xəstəxanaya düşmə riski azdır. Bütün bu faktlar göstərir ki, "omikron" bu gün üçün ən optimal postpandemiya virusudur, yəni endemik vəziyyətə ən uyğun virusdur. Bu gün elmin arzuladığı da məhz pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir. Amma bu tədqiqatlara əsasən deyə bilmərik ki, artıq biz heç bir qaydalara riayət etməyək, virus zəifləyib, pandemiya bitib. İndi tətbiq ediləcək doğru strategiya ilə ölkələr 2022-ci il üçün öz müqəddəratını həll edir".

Mütəxəssisin sözlərinə görə, növbəti həftələrdə "omikron" ştammının dalğasına rast gələcəyik: "Əhalisi çox olan ölkələrdə, xüsusən də Almaniyada növbəti "omikron" dalğasına rast gələcəyik. Əgər "omikron" zəifdirsə, sual oluna bilər ki, insanlar bu dalğadan niyə qorxur? Bunun da cavabı sadədir. Adi qrip dalğaları zamanı nə qədər insanın öldüyü ilə bağlı statistikaya nəzər salsaq, bunu anlayarıq. Xüsusən də yaşı 65-dən yuxarı, immun sistemi zəif olan insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə "omikron" dalğası ciddi narahatlıq doğurur. Buna görə də artıq həmin dalğanın qarşısını almaq üçün ciddi tədbirlər başlanıb. Bu tədbirlərin əsasında effektiv peyvəndlərlə mübarizə və strategiyada bu günə qədər bildiyimiz qızıl qaydalar - məsafənin saxlanılması, canlı ünsiyyətdən maksimum şəkildə qaçmaq, qapalı otaq şəraitində görüş və tədbirlərin keçirilməsini azaltmaq, maskadan istifadə, əllərin təmiz saxlanılması dayanır ki, onlara da əməl olunmalıdır".

Həkim qeyd edir ki, effektiv peyvəndlərlə mübarizə strategiyanın əsasını təşkil etməlidir: "Bu da qaçılmazdır ki, bu gün "omikron"a qarşı ciddi mübarizə aparan və təhlükəsini başa düşən ölkələrdə məqsəd gələcək dalğanın zamanını maksimum uzatmaqdır. Təxminən 3 aydan sonra çıxacaq modifikasiya olunmuş peyvəndlər əlimizdə olduqda və onların doğru tətbiqinə başlandıqda, "omikron"la yoluxma zamanı ölüm sayı aşağı düşəcək. Bir faktı da insanlar unutmamalıdır ki, bütün yuxarıda qeyd etdiyimiz tədqiqatlar "omikron"la bağlı müsbət fikirlər göstərsə də, onun sürətli yayılması vətəndaş həyatı önəmli sayılan ölkələrin səhiyyə xidmətinin nəzərəçarpacaq qədər aşağı düşməsinə səbəb ola bilər. Məsələn, yoluxma sayı çox olduqda insanlar narahat olub xəstəxanalara əsassız müraciət edirlər. Müraciət çox olduqda, səhiyyə sistemi ehtiyacı olan şəxslərə zamanında xidmət göstərə bilmir və nəticədə ölüm halları çoxalır".

Mütəxəssis sonda vurğuladı ki, "omikron"a qarşı strategiyanı düzgün seçsək, pandemik mübarizədən endemik mübarizəyə keçə bilərik: "Bir daha vurğulamaq istəyirəm ki, nəticələri sevindirici olan tədqiqatlar var. Bugünkü mərhələdə strategiyanı doğru seçib, pandemiya ilə mübarizəni endemik mərhələyə keçirmək olar. Buna da ciddi maarifləndirmə, effektiv peyvəndlər, qızıl qaydalara əməl etməklə nail olmaq mümkündür. Bundan əlavə, Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə ciddi şəkildə pozitiv istiqamətdə uğurlara səbəb ola bilər. Sonda isə deyə bilərəm ki, bu gün elmi cəhətdən gözlədiyim odur ki, normal həyata qayıdış baxımından Azərbaycan 2022-ci ili 2021-ci ildən daha yaxşı keçirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1308   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 160
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 151
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 141
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 84
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 134
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 158
.