Türkmənistan prezidenti "Cəhənnəm qapıları"nın söndürülməsinə göstəriş verib

Türkmənistan prezidenti "Cəhənnəm qapıları"nın söndürülməsinə göstəriş veribTürkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədov Qaraqum səhrasında "Cəhənnəm qapıları" kimi tanınan qaz kraterini söndürmək üçün üsul icad etməyi tapşırıb.

Söhbət Türkmənistanın ən məşhur görməli yerlərindən birindən gedir, hansı ki, hazırda "Qaraqum səhrasının parıltısı" adlanır.

Berdiməhəmmədov qeyd edib ki, Dərvaza rayonunda uzun illərdir təbii qaz yanır ki, bu da ətraf mühitə və yerli əhalinin sağlamlığına ziyan vurur.

Bundan əlavə, Türkmənistan liderinin vurğulayıb ki, ölkə xaricə satıla bilən qiymətli xammalı, vətəndaşların rifahının yüksəldilməsinə sərf olunacaq pulları itirir. Bununla bağlı Berdiməhəmmədov elmi müzakirələrin təşkili, lazım gələrsə, qaz krater probleminin həlli üçün xarici mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.

Bu əlamətdar yer Qaraqum səhrasında, Aşqabaddan 266 kilometr şimalda, Dərvaza kəndi yaxınlığında yerləşən, diametri təqribən 60 metr, dərinliyi 20 metr olan çökəklikdir.

Süni mənşəli olsa da, təxminən yarım əsrdir ki, təbiət abidəsi kimi qəbul edilir. 1971-ci ildə təbii qaz axtarışı üçün bu yerdə quyu qazılan zaman çökmə baş verir. Geoloqlar çuxurdan çıxan qazın bir neçə günə tamamilə yanacağına ümid edərək onu yandırmaq qərarına gəliblər. Buna baxmayaraq, yanğın bu günə qədər davam edir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1739   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 141
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 131
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 294
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 106
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 186
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 15
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.