Texniki baxışa gətirilən 285 avtomobildə uyğunsuzluq aşkarlanıb
Ötən il texniki baxışa gətirilən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq aşkarlanıb.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ilin 12 ayı ərzində dövlət texniki baxışına təqdim edilən nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyən olunub.
Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib sənədləşmə aparılıb və aşkar edilən faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluq əsasən həmin avtomobillərin mühərriklərində aşkarlanıb.
Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir.
Ötən il həmçinin texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar edilib. Belə ki, son zamanlar texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını öz nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkar edildiyi təqdirdə həmin sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.
"Qeyd edək ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər", - məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 640 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirliyə məxsus 38 milyonluq mal yanıb - RİNN-dən təkzib edirlər, amma...
Mayın 12-də Bakı Logistika Mərkəzində baş vermiş güclü yanğın zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus texniki avadanlıar və digər məhsullar yanaraq məhv olub. -ya məlumatlı mənbələrdən daxil olan məlumata görə, nəticədə nazirliyi 38 milyon manatdan artıq ziyan dəyib. Qeyd olunu
18.05.2026 175 Varlığa nə darlıq: FHN 62 min manata daha bir maşın alır
Fövqəladə Hallar Nazirliyi (FHN) daha bir tenderinə yekun vurub. xəbər verir ki, nazirlik bununla bağlı nəticələri açıqlayıb. Məlumatda bildirilir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövllət Baş Layihə İnstitutu olan "Azərdövlətlayihə" bir ədəd sedan tipli xidmət
18.05.2026 177 Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır
ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl
18.05.2026 180 "50 dəqiqəsi 25 manat" - Qadınların dəb anlayışı, xərçəng yaradır
"5 dəqiqəsi 5 manat", "50 dəqiqəsi 25 manat" kimi reklamlarla yaz-yay aylarında sosial şəbəkələrdə və gözəllik salonlarında tez-tez rastlaşmaq mümkündür. Yay mövsümü yaxınlaşdıqca "zaqar" bədənə sahib olmaq istəyənlərin sayı artır və bir çox qadın saatlarla günəş altınd
18.05.2026 233 Bu məktəblərdə dərslər onlayn keçirilir
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərind
18.05.2026 233 Yağıntılar aylıq normanın 589%-ni təşkil edib
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı
18.05.2026 210 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları elan edilib. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarını
18.05.2026 236 "Muhteşem yüzyıl"in İbrahim Paşası indi necə görünür?
"Muhteşem yüzyıl" serialında İbrahim paşa rolu sayəsində dünya şöhrəti qazanmış ən məşhur türk aktyorlarından biri son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. xarici mediaya istinadla Sultan Süleymanın "yaxın dostu"nun bu gün nə işlə məşğul olduğunu və necə göründüyünü təqdim edir
18.05.2026 289 Kubadan ABŞ-a sərt mesaj: "Özümüzü müdafiə edəcəyik"
Kuba ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə özünü müdafiə edəcəyini bəyan edib. xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. Nazirlik bildirib ki, "Kuba hücuma məruz qalarsa, qanuni özünümüdafiə hüququndan istifadə edəcək". Açıqlama xaric
18.05.2026 187