Azərbaycan Ordusu düşməndən qənimət götürdüyü silahlarla təlim keçdi - VİDEO

Azərbaycan Ordusu düşməndən qənimət götürdüyü silahlarla təlim keçdi - VİDEOQırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik "Zastava" zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən BiG.AZ-a bildirilib ki, "Hava düşməninin zərbələrinin dəf edilməsi" mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.

Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub.

İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.

Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik "Zastava" zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"

"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları

15.08.2026 146
.

Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub

İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin

15.08.2026 115
.

Tərtər sakini yanaraq öldü

Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə

15.08.2026 172
.

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə

15.08.2026 164
.

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin

15.08.2026 154
.

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI

Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır. Ölkə.az xəbər verir ki, təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır. Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlı

00:34 95
.

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib

15.08.2026 129
.

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO

Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində

15.08.2026 155
.

XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva

15.08.2026 212
.

TOP MP3