Aleksey Makarkin: "Təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi"
Rusiya Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasının müddəti ilə bağlı Oxu.Az-a danışıb.
"Hesab edirəm ki, bu, Qazaxıstan prezidenti Tokayevlə razılaşma yolu ilə həll olunacaq. Nə qədər ki, o, missiyanın zəruri olduğuna inanır, KTMT qoşunları qalacaq. Əgər o qərara gəlsə ki, vəziyyət sabitləşib, o zaman mənə elə gəlir ki, sülhməramlı kontingentin minnətdarlıq qazanaraq oranı tərk etməsi öz maraqlarına uyğundur", - deyə o bildirib.
Makarkin qeyd edib ki, uzunmüddətli, çoxillik sülhməramlı missiyaları iki tərəfin ayırmağın vacib olduğu yerlərdə ola bilər:
"Qazaxıstanda bu amil yoxdur. Rusiya indi Qazaxıstan rejimini xilas edir. Qazaxıstan təbii ki, Rusiyanın KTMT-dəki müttəfiqidir. Amma bununla yanaşı, Qazaxıstan Moskvanın çox hörmətlə və böyük emosiya ilə yanaşdığı bəzi tarixi məsələlərdə belə Rusiyadan uzaqlaşır. İndi Rusiya gəlib, xilas edib, sonra gedəcək və çətin ki, Qazaxıstanda ona çox minnətdar olsunlar".
Onun sözlərinə görə, Qazaxıstan cəmiyyətinin bir hissəsi üçün Rusiya faktoru mənfidir.
"O cümlədən Qərbdə də daxil olmaqla, təhsil almış digər hissəsi isə xilasa görə indi minnətdar olacaqlar. Amma bu minnətdarlığın nə qədər davam edəcəyi böyük məsələdir.
İndi Rusiyada belə bəyanatlar səslənir ki, Qazaxıstan Rusiyaya filan-filan şeyləri borcludur. Məsələn, Krımı Rusiya kimi tanımaq. Amma bütün bunlar "ura-patriotlar" səviyyəsindədir. Və təbii ki, Qazaxıstan çətin ki, bütün bunlarla razılaşsın, o, "özünü" müdafiə edəcək. Bu o deməkdir ki, hansısa mərhələdə Rusiyaya qarşı mənfi münasibət yarana bilər. Rusiyanın özündə də "biz xilas etdik və onlar kifayət qədər minnətdar deyillər" fikri ilə Qazaxıstana münasibətdə məyusluq ola bilər. Amma bu, artıq orta və ya uzunmüddətli perspektivdədir", - deyə Makarkin vurğulayıb.
O, SSRİ 2.0-ın bərpa edilməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib:
"Hesab etmirəm ki, burada SSRİ 2.0-ın bərpası gedir. Bu, sadəcə olaraq, konkret vəziyyətdir (Qazaxıstanda - red.), Rusiya isə buna çox qarışmamaqda maraqlıdır. Bu, artıq qeyd etdiyim kimi, nəticələrlə dolu ola bilər.
Bəli, təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi, amma hərbi əməliyyatlarla yox, siyasi yolla".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1030 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini
10:32 141 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 134 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 131 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 294 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 106 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 233 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 186 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 15 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 288