"Əl yandıran" qış turizmi: Qiymət necə tənzimlənməlidir?
Hər il olduğu kimi bu il də yeni il tətilini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif məkanlara üz tutublar. Xüsusən də koronavirus pandemiyasının tüğyan elədiyi bir dövrdə quru sərhədlərinin bağlı olması, aviareyslərin isə əvvəlki illərə nisbətən baha olması və bu kimi bir sıra çətinliklər insanların daha çox daxili turizmin imkanlarından istifadə etməsinə şərait yaradıb.
Amma son günlər insanların fərqli sosial platformalarda müxtəlif turizm məkanlarının göstərdiyi xidmətlərdən razı qalmadıqlarını, qiymətlərin isə həddindən artıq yüksək olduğu iddia edirdilər.
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov "Report"a açıqlamasında turizm məkanlarındakı qiymətlərin həddindən artıq yüksək olmasını ilə bağlı yayılan fikirlərin həqiqət olduğunu deyib:
"Ölkəmizdə qış turizmi inkişafdadır. Daxili turlarla bağlı məsələyə gəlincə isə demək olar ki, bütün turistlər narazılıq edir. Xüsusən də "Tufandağ" və "Şahdağ"da qiymətlər həddindən artıq bahadır.
Məhz qiymətin baha, keyfiyyətin isə aşağı olması səbəbindən hazırda müəyyən imkanı olan turistlərin Türkiyə istiqamətinə axını var. Təkcə biz özümüz bu il 100-ə yaxın turistin Trabzon və Rizə istiqamətində səyahətini təşkil etmişik. Bu isə Azərbaycan turizmi üçün heç də ürəkaçan deyil. Xaricdən də ölkəmizə gələn turistlər eyni fikirdədilər: qiymətlər baha, xidmət keyfiyyəti isə çox aşağıdır. Təkcə bir faktı deyim ki, Trabzonun mərkəzində 4 yaxud 5 ulduzlu hoteldə səhər və axşam yeməyi daxil olmaqla bir gecəlik qiymət 170-200 lirə arasıdır. Bizdə də mütləq bu məsələ tənzimlənməlidir ki, həmin hotellər hamı üçün əlçatan olmalıdır".
Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi isə hesab edir ki, qiymətlərin tənzimlənməsi üçün sahibkarlar arasında rəqabət artırılmalıdır:
"Bahalıq barədə hər zaman danışılır. Bu da təbiidir. Azərbaycan turisti regionlara üz tutanda daha çox 4-5 ulduzlu hotellərdə qalmağı üstünlük verir. Bu hotellərin isə qiyməti göstərdikləri xidmətlərə uyğun olaraq bir qədər baha olur.
Digər tərəfdən turistlər üçün yararlı olan kənd və ferma evlərinin, qonaq evlərinin və sair bu kimi yerləşdirmə vasitələrinin sayı azdır. Bu isə tələb və təklif arasında böyük bir boşluq yaradır və, tətil günlərində xüsusilə, qiymətin baha olmasına gətirir.
Hesab edirəm ki, regionlarda, o cümlədən mikro və kiçik biznes subyektləri seqmentinə aid olan turizm və qonaqlama xidmətləri göstərən müəssisələrin və fərdi sahibkarların sayı artmalı, bu sahədə rəqabət güclənməlidir ki, qiymətlər də nəticədə münasib olsunlar.
Öncəki illərdə biz fəxrlə deyirdik ki, turizm və qonaqpərvərlik sahələrində inhisarçılıq yoxdur. İndi vəziyyət bir qədər dəyişib. İri müəssisələr seqmentində inhisarlar yaranırlar. Bu isə qiymətlərin formalaşmasına bilavasitə təsir göstərir".
Dövlət Turizm Agentliyindən isə bildirilib ki, bazarda qiymətlərin tənzimlənməsi tələb və təklif əsasında olur:
"Bura hansısa müdaxilə yoxdur. Dövlət regionlarda yeni turizm obyektlərinin yaradılması üçün yalnız şərait yaratmalı və müəyyən formalarda da bu edilir. Yaranan rəqabətli mühit çərçivəsində isə qiymətlər formalaşmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1124 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini
10:32 141 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 134 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 131 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 294 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 106 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 233 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 186 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 15 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 288