Azərbaycanın haqlı mövqeyi bir daha təsdiq edildi

Azərbaycanın haqlı mövqeyi bir daha təsdiq edildi44 günlük İkinci Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə yeni reallıqar yaradan ölkəmiz dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırdı. Şanlı Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bu kimi məqamlara bir daha işıq saldı. Belə ki, ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə NATO və Avropa İttifaqının Azərbaycana dəstəkləri aydın ifadə olunur. Hər iki qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Avropa İttifaqı Şurasının Prezidenti bəyanatında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, həmçinin 11 yanvar 2021-ci il Moskva və 26 noyabr 2021-ci il Soçi görüşlərində imzalanan Bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edib ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 5 saata yaxın görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Azərbaycan hər zaman gələcəyə baxır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir. Azərbaycan qalibiyyəti təmin edən əsas şərtlərə nail olduqdan sonra "Dəmir yumruq" əməliyyatı ilə dünyaya səs saldı.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Emənistanın baş nazirinin Brüssel görüşünü Soçi zəfərimizin davamı kimi dəyərlənməlidir. Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Qeyd olunub ki, bölgədə regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcəkdir.

Təranə Zeynalova – BDU-nin professoru, tarix elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 17 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib. "Report" xəbər verir ki, XİN rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. "Hörmüz Boğazı "X"də paylaşımlar

15:50 0
.

İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb

İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb. "Report" xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzad

14:40 105
.

Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı

Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild

13:00 137
.

NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt

NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı

15:30 57
.

Həftənin ilk iş gününün HAVASI AÇIQLANDI

Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti

14:19 129
.

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat

13:50 107
.

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların

00:26 302
.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

12:30 137
.

Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu

Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi

13:20 115
.

TOP MP3