Dünya gücləri regionda yeni reallığı qəbul edib
2021-ci ilin dekabr ayının 13-15-də dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Prezidentimizin Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi. Ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, eyni zamanda, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir.
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki, ilk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün nəticəsinə dair bəyanatında münasibətlərin gələcək inkişafına xidmət edəcək məqamları qeyd edib. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstəyi öz əksini tapıb. Birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə etməklə yanaşı, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib.
Dünya və Avropanın aparıcı dövlətrləri artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, ölkələrin səyləri müsbət nəticə verə bilər. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bu günün reallıqları bir məqamı da açıqlayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 662 Tarix: 17 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib. "Report" xəbər verir ki, XİN rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. "Hörmüz Boğazı "X"də paylaşımlar
15:50 0 İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb. "Report" xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzad
14:40 105 Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı
Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild
13:00 137 NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt
NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı
15:30 57 Həftənin ilk iş gününün HAVASI AÇIQLANDI
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti
14:19 129 İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat
13:50 107 Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK
Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların
00:26 302 Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu
Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan
12:30 137 Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi
13:20 115