Biz hər zaman bir yerdəyik

Biz hər zaman bir yerdəyikAzərbaycan ilə Türkiyə arasındakı qardaşlıq da məhz belə uca bir gerçəklikdir. Bu bağ diplomatik lüğətlərdən əvvəl yaranıb, rəsmi bəyannamələrdən öncə qəlblərdə yaşayıb, dövlət sərhədləri çəkilməmişdən çox-çox əvvəl bu torpaqların əzəli ruhunda mövcud olub. Çünki bu iki xalqın kökləri birdir. Eyni dilin damarlarında eyni qan axır, eyni ağı, eyni türkü, eyni sevinc yaşayır. Xəzərdən Qara dənizə qədər uzanan o geniş coğrafiyanın övladları nə qədər uzaq düşsələr də, bir-birinin səsini yadırğamayıblar. Nəsiminin qəzəlləri Anadoluda da başa düşülüb, Yunus Əmrənin hikmətli sözləri bizdə də. Füzulinin həsrəti hər iki yurdun ana-bacıları tərəfindən öz dərdləri kimi oxunub. Dilimiz bir-birinə o qədər yaxındır ki, tərcüməçiyə yalnız rəsmi protokol üçün ehtiyac duyulur. "Qardaş" sözünü isə heç bir dilə çevirmək lazım deyil. Onu ilk dəfə eşidən körpə də bilir ki, bu söz sığınacaq, güvən və qorunmaq deməkdir. Sərhədlər sonralar çəkildi. Tarixin soyuq əlləri xəritələrin üzərindən qılınc kimi xətlər keçirdi. Uzun on illiklər boyu bu qardaşlıq açıq şəkildə yaşana bilmədi, amma heç vaxt ölmədi.O, evlərdə pıçıltı ilə deyilən sözdə, gizli oxunan şeirdə, ürəyin dərinliyində közərən həsrətdə yaşadı. Qardaşlıq basdırılmış köz kimidir. Üstünü illərin külü örtsə də, tək bir isti nəfəs kifayətdir ki, yenidən alovlansın.

Həmin nəfəs 1918-ci ildə gəldi. Azərbaycan Şərqdə ilk demokratik respublika kimi müstəqilliyini yenicə elan etmişdi. Lakin gənc dövlət ağır təhlükələrlə üz-üzə qalmış, Bakı taleyüklü günlər yaşayırdı. Elə bu çətin sınaq anında qardaş köməyə yetişdi. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun igidləri bu torpağa ayaq basdılar və 1918-ci il sentyabrın 15-də Bakı azad olundu. Həmin döyüşlərdə canından keçən türk əsgərləri bu gün də Bakı torpağında uyuyurlar. Onların məzarları qardaşlığın, sadəcə, sözlə ifadə olunmuş sənədi deyil, qanla yazılmış əbədi andıdır. Azərbaycanın üçrəngli bayrağı da bu qardaşlığın izlərini əzəmətlə üzərində daşıyır. Əli bəy Hüseynzadənin "türkləşmək, müasirləşmək, İslamlaşmaq" düsturu bayrağımızın rənglərində öz əksini tapdı. Bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edildi. Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarı isə onun taleyinə həkk olundu. Yetmiş ilə yaxın fasilədən sonra tarix yenidən öz sözünü dedi.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə onu dünyada ilk tanıyan dövlət Türkiyə oldu. Bu tarixi hadisə də 1991-ci il noyabrın 9-da baş verdi. Bayrağımızın qəbul edildiyi günlə qardaş dövlətin müstəqilliyimizi tanıdığı gün eyni təqvim yarpağında dayanır. Tarix bəzən hadisələri elə düzür ki, onlara təsadüf demək olmur. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu isə bu qardaşlığa siyasi müstəvidə də özünəməxsus ad verdi. Bir daha təsdiqləndi ki, dövlətlər iki ola bilər, amma ürək, yaddaş və tale birdir. Çətin illərdə bu birlik özünü daha aydın göstərdi. Qarabağ yarası bizim yaramız olanda onun ağrısı Anadoluda da hiss edildi. Xocalının göz yaşları Türkiyənin evlərində də axdı. Azərbaycan ağlayanda Türkiyə susmadı, Türkiyə sevinəndə Azərbaycan kənarda qalmadı. Çünki qardaşlığı təmtəraqlı bayram süfrələri deyil, məhz dərd günü sınağa çəkir. Bu iki xalq isə həmin ağır imtahanlardan hər dəfə alnıaçıq, başıdik çıxdı.Hətta təqvimin özü də bu qardaşlığa şahidlik edir. Zəfər Gününün əvvəlcə noyabrın 10-da qeyd olunması nəzərdə tutulsa da, həmin tarix Mustafa Kamal Atatürkün anım günüdür. Atatürkün xatirəsinə olan ehtiram və qardaş ölkənin həssaslığı nəzərə alınaraq Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi qərara alındı. Beləliklə, noyabrın 8-i Qələbənin, 9-u Dövlət Bayrağı Gününün, 10-u isə Atatürkün əziz xatirəsinin günü oldu. Üç gün, üç müqəddəs hiss, bir ailənin təqvimi…

2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu qardaşlığa rəsmi-hüquqi müstəvidə yeni məzmun və təminatlar qazandırdı. Amma bu bəyannamə olmasaydı belə, iki xalq bir-birinin qapısını hər zaman açıq saxlayacaqdı. Çünki o qapı kağızla deyil, qanla və qədim duz-çörək ənənəsi ilə möhürlənib. 2023-cü ilin fevralında Türkiyənin cənubunu sarsıdan dəhşətli zəlzələ zamanı bu qardaşlıq sədaqətini bir daha sübut etdi. Azərbaycan xilasedicilərinin fəlakət bölgəsinə göndərilməsi və xilasetmə işlərində iştirakı göstərdi ki, bu mənəvi körpü heç vaxt birtərəfli olmayıb. Dünən Azərbaycanın sevincini öz sevinci bilən qardaş bu gün onun dərdinə ortaq olur, sabah isə hər iki yurdun işıqlı gələcəyini birlikdə qarşılayır.

Prezident İlham Əliyevin bu fikri bütün bu uzun tarixi bir nəfəsə sığdırır: "Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq".Fikir verin, zamanlar bir-birinin ardınca dəyişir: keçmiş, müharibə, bu gün, gələcək… Amma bu söz yerindən bir addım da tərpənmir. Feillər zamana görə dəyişir, qardaşlıq dəyişmir. Üstəlik, ana dilimizdəki "bir yerdə" ifadəsində xüsusi bir hikmət var. Bu ifadə həm "birlikdə" deməkdir, həm də, sözün əsl mənasında, "eyni məkanda olmaq". Qardaşlıq da elə budur: həm birgə addımlamaq, həm də ayrı-ayrı paytaxtlarda yaşasaq belə, eyni cəbhədə, eyni mövqedə dayanmaq. Zəfər Günündə qardaşın yenə yanımızda olması bu həqiqətin ən canlı təsdiqinə çevrildi.

Əlövsət Allahverdiyev
"Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 337
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. BİG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışa

10:26 116
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

10:19 143
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinc

10:44 80
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 320
.

Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımı

10:45 75
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 325
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 289
.

Azərbaycan və Türkiyə qardaşlığı əbədidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyi

10:56 65
.