"Qaraheybət" şəhidlərinin 14 övladı himayəyə götürülüb, ailələrə yardım ayrıldı
Dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə "AHİK-in IV Məclisinin çağırılması haqqında", AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə", "Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbi qulluqçuların övladlarının himayəyə götürülməsi və şəhid ailələrinə birdəfəlik yardım göstərilməsi haqqında" və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
Sonra məsələlərin müzakirəsinə başlanılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər nümunəvidir. Bu cür nəcib təşəbbüsləri həmişə dəstəkləyən Azərbaycanın həmkarlar ittifaqları da Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.
Qeyd olunub ki, bu il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçunun şəhid olması xəbəri hamımızı dərindən kədərləndirdi. Onların da ailələrinin sosial problemlərinin həllinə kömək göstərilməsi nəzərdə tutulub.
İclasda DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladının himayəyə götürülməsi və onların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstərilməsi barədə qərar qəbul olunub. Həmçinin qərarda qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1 000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi nəzərdə tutulub.
Daha sonra "AHİK-in IV Məclisinin çağırılması haqqında", AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə", həmçinin gündəlikdə olan digər cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.
S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2118 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 146 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 243 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 364 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 297 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 331 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 320 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 218 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 220 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 175