Polisə zəng edib ""Koroğlu"da özümü yandıracağam" dedi

Polisə zəng edib ""Koroğlu"da özümü yandıracağam" dediDünən axşam saatlarında metroda özünü yandırmaq istədiyi bildirilən 20 yaşlı Əlisahib Rüstəmovla bağlı detallar məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ə.Rüstəmov "Gənclik" metrostansiyasından "Nərimanov" stansiyasına gedərkən qatarda olan zaman DİN-in 102 xidmətinə zəng edib. O, xidmətə zəngində "Koroğlu" metrostansiyasının çıxışındakı körpüdə özünü yandıracağını deyib.

Bu zaman qatarda olan və bunu eşidən şəxslər "Nərimanov" stansiyasında polis əməkdaşına məlumat veriblər. Polislər həmin şəxsi şöbəyə dəvət edərək profilaktik söhbət aparıblar və Ə.Rüstəmov intihar etmək fikrindən daşınıb.

İlkin məlumata görə, Ə.Rüstəmov Vətən müharibəsi qazisidir və son 3 ay ərzində ödəniş ala bilmədiyini iddia edərək etiraz edirmiş.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti