Yol polisi səhər saatlarında bəzi yolları niyə bağlayır? - Vaqif Əsədov səbəbini açıqladı

Yol polisi səhər saatlarında bəzi yolları niyə bağlayır? - Vaqif Əsədov səbəbini açıqladıSon günlər Bakı şəhəri Mikayıl Əliyev küçəsində Heydər Əliyev dairəsi hissəsində səhər saatlarında DYP əməkdaşları tərəfindən yollar bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.

BiG.AZ xəbər verir ki, bu fikirləri "azxeber.com"a gündəlik adı çəkilən yoldan istifadə edən sürücülər bildirib. Sürücülər iddia edir ki, səhər saatlarında yol bir-iki saat müddətində bağlı qalır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iddialara bu cür aydınlıq gətirib:

"Burada söhbət Mikayıl Əliyev küçəsinin başlanğıcında olan Heydər Əliyev dairəsi ətrafında, "Madonna" şadlıq sarayının qarşısındakı hərəkətlə bağlı vəziyyətdən gedir. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır.

Bu da tıxaclara səbəb olur. Ona görə də aidiyyəti üzrə əməkdaşlarımız orada bir-iki saat yox, təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyir.

Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, istər Mikayıl Əliyev küçəsindən, istər "Neftçilər" metrostansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində körpünün üstündə maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar.

Ona görə də bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur. Eynilə, paytaxtın 20 Yanvar dairəsində, Biləcəri enişində, Avtovağzal dairəsində, Babək prospektinin Yusif Səfərov istiqamətində də bizim azı iki əməkdaşımız dayanıb xidmət aparır və keçmə növbəliliyi təmin olunur".

Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib:

"Bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edirik. Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər.

Bəzən sürücülər öz getdikləri istiqamətlərdə bir-birlərinin hərəkətinə maneə yaradırlar, başqasını qarşısına keçib onun yolunu kəsirlər.

Bu da istər-istəməz həmin istiqamətdə süni sıxlığa səbəb olur. Xüsusilə, gedilən istiqamətdə dayanma, durma tələbləri düzgün yerinə yetirilməlidir.

Əgər ərazidə avtomobilin dayanması, durması qadağandırsa, ümumiyyətlə, o ərazidə avtomobil saxlanılmamalıdır.

Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də sürücülər bütün bu tələblərə əməl etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1222   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada təyyarə qəzaya uğradı

Rusiyada An-2 təyyarəsi Yakutiyada meşəyə qəza enişi edib. xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Tyoplıy Klyuç kəndindən qalxan təyyarənin heyəti bir müddət sonra geri qayıtmağa qərar verib. Bir müddət təyyarə ilə əlaqə kəsilib, daha sonra pilotlar meşəyə təcil

19.05.2026 416
.

Qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,21% azalaraq 4 548.3 ABŞ dollarına bərabər olub. COMEX-d

19.05.2026 378
.

Təkcə içkilər deyil: təyyarədə qadağan olunan 5 QİDA

Avropa hava limanlarında əl yükündə maye daşınmasına dair sərt qaydalar hələ də qüvvədə qalır. Bəzi hava limanları məhdudiyyətləri mərhələli şəkildə yumşaltsa da, əksər ölkələrdə tələblər dəyişməyib. Üstəlik, qadağalar yalnız su və ya digər içkilərə aid deyil. xarici mediaya istinadən xəbər verir ki

19.05.2026 425
.

İsrail ordusu bildirib ki, İsrailin şimalında sirenlər işə salan Hizbullah pilotsuz təyyarəsi ələ keçirilib

Hərbçilər bildiriblər ki, bir müddət əvvəl Livandan atılan Hizbullah pilotsuz təyyarəsi ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, pilotsuz təyyarə bir neçə sərhəd icmasında siren səsləri çıxardı. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

19.05.2026 358
.

Qızlar ən çox bu universitetləri seçir - SİYAHI

Azərbaycanda qız və oğlan tələbələrin ən çox üstünlük təşkil etdiyi universitetlər açıqlanıb. Ölkə.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini

19.05.2026 525
.

Aliment ödəməyən 2344 nəfər həbs edilib

2025-ci ildə aliment ödəməkdən yayınan 4299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2344 nəfər inzibati qaydada həbs edilib. xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

19.05.2026 411
.

Zelenski hava hücumundan müdafiə ilə bağlı çağırış etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, raketdən müdafiə Ukrayna üçün bir nömrəli prioritetdir. xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb. O, həmçinin hava məkanında atəşkəsin tətbiqini təklif edib və Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsin

10:20 118
.

Evlənənlərin təxminən yarısı boşanıb

2025-ci il ərzində ölkədə 48 546 nikaha daxilolma və 20 675 boşanma halları qeydə alınıb. Axşam.az xəbər verir ki, bu, Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatınd

19.05.2026 411
.

ADY-yə SƏRT etiraz: "Ümid edək burada da sərnişinlərə zorla yemək satmayacaqlar"

Bakı-Tbilisi-Bakı qatarında qiymətlərin necə olacağını hələlik Azərbaycan Dəmir Yolları açıqlamayıb. Ümid edirəm Bakı-Balakən qatarında tətbiq edilən "komfort", "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq. xəbər verir ki, bu sözləri Azərbaycan İnterne

19.05.2026 466
.

TOP MP3