Elektron reseptin tətbiqi: Biz buna hazırıq? - ARAŞDIRMA

Elektron reseptin tətbiqi: Biz buna hazırıq? - ARAŞDIRMAÖlkədə elektron reseptə keçid məsələsi yenə müzakirə mövzusudur. Mütəxəssislər isə bildirirlər ki, elektron reseptə keçid xeyli hazırlıq tələb edən prosesdir, insanları təlimatlandırmaq lazımdır.

Bu barədə "Kaspi" qəzetində maraqlı məqalə hazırlanıb.

Bir müddət öncə TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev "Dərman təhlükəsizliyi və farmakonəzarət" mövzusunda çıxış edib. Bildirib ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq. Onun sözlərinə görə, bunun sonrakı mərhələsində ölkədə elektron reseptə keçid həyata keçiriləcək:

"Biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq".

Əksər inkişaf etmiş ölkələrdə də kağız reseptə alternativ kimi kodlaşdırmadan istifadə edilir: həkimlər şəxsi resept kodu, apteklər isə elektron kodlaşdırma sistemi ilə təmin olunur. Nəticədə qəbula gələn pasiyent kodlaşdırılmış resept vasitəsilə zəruri dərman preparatlarını əldə edir.

Ayrı-ayrı ölkələrdə bu sistem öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Məsələn, Estoniyada apteklərdə bütün xəstələr e-şəxsiyyət vəsiqələrini təqdim edir və əczaçı xəstənin informasiyalarını e-İD vasitəsilə götürür və e-resepti doldurur.

Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar. Bu sistem əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədi daşıyır.

Bəs Azərbaycan səhiyyə sistemi elektron reseptlərə keçməyə hazırdır? Tibbi ekspert Şəmsiyyə Namazova deyir ki, elektron reseptlərə keçmək hələ tezdir:

"Elektron reseptlərə keçidin hələ zərurət olduğunu düşünmürəm. Azərbaycanda bu mühitə tələbat tam yetişməyib. Elektron reseptə keçmənin nə vaxtı, nə də zamanıdır".

Ş.Namazova bildirir ki, hər kəsin internetdən tam şəkildə anlayışı olmadığı üçün elektron reseptlərə keçid müəyyən qrup üçün çətin ola bilər: "Əslində, elektron reseptə keçmək həkimin işini daha da yüngülləşdirir. Amma insanların internetdən anlayış səviyyəsi o dərəcədə yetişməyib. Yaşlı, orta, cavan nəsil var və elektron sistemdən hər kəs istifadə edə bilmir. Məsələn, vaksinasiya olunmaq üçün qeydiyyatdan keçməyi hər kəs bilmirdi. Bilən insanlardan onlara kömək etməyi xahiş edirdilər".

Ş.Namazovanın sözlərinə görə, elektron reseptlərin öyrəşdiyimiz kağız reseptlərdən fərqi yoxdur:

"Elektron reseptlərin də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş bir forması var. Kağız, elektron, hansı ölkədə, hansı dildə olmasının fərqi yoxdur, reseptin bir yazılış qaydası var".

Ş.Namazova deyir ki, elektron reseptə keçidlə həkimin fiziki işi yüngülləşəcək. Lakin reseptlə bağlı pasiyentlər yenə də həkimə zəng vuracaqlar:

"Müsbət tərəfi odur ki, həkimin fiziki işi yüngülləşir, yazı yazmayacaq. Ancaq bəzi məsələlərdə ənənə qalacaq. Məsələn, xəstə ilə üzbəüz oturub iynə-dərmanların vurulma və ya içmə qaydasını izah edirik. İnsanlar yenə də tam yadında saxlaya bilmir, evdən zəng edir soruşur ki, bu dərmanı necə içək?. Olur ki, aptekdə o dərman yoxdur, əvəzedicisini soruşmaq lazım gəlir. Həkimə zəng edirlər ki, əvəzində başqa dərman verə bilərik? Elektron reseptə keçidin, məncə, elə bir əhəmiyyəti olmayacaq".

Tibbi ekspert Adil Qeybulla deyir ki, elektron reseptlərə keçmək üçün öncə sistem formalaşmalıdır:

"Elektron reseptlərə keçidin hələ tez olduğunu hesab edirəm. Əhali bunun üçün tam hazır olmalıdır. Səhiyyə bir sistemə keçməli, bütün rayonlar arasında əlaqələr qurulmalıdır. Məsələn, hansısa rayonda yazılan resept elektron şəkildə o sistemə daxil edilməli, xəstələrin məlumat bazası olmalıdır. Bu, zaman və xeyli hazırlıq tələb edən prosesdir. İnsanları təlimatlandırmaq, xeyli iş görmək lazımdır".

Adil Qeybulla bildirir ki, sistemin çalışa bilməsi üçün onun təməli möhkəm qoyulmalıdır: "Eşidirlər ki, belə bir şey var, "biz də ona keçək" deyirlər. Ancaq bu cür yanaşma doğru deyil. İndiyə qədər hələ icbari tibbi sığortanı düz-əməlli tətbiq edə bilməmişik. 2-3, bəlkə də 5 ildir elektron reseptlər barədə söhbət gedir. Yəni bu işə başlamazdan qabaq onun alt yapısı olmalı, fundamenti qoyulmalı, bütün infrastrukturu qurulmalıdır. Ondan sonra bu sistemə keçilə bilər. Yoxsa o sistem çalışa bilməz".
Nə qədər hazırıq?

A.Qeybullanın sözlərinə görə, elektron resept önəmli proses olsa da, bizim nə qədər hazır olmağımız da vacibdir: "Elektron resept icbari tibbi sığorta çərçivəsində dərman maddələrinin dövriyyəsinə nəzarət, onların sərfiyyatı, sərf olunan dərman maddələrinin miqdarı baxımından önəmli bir prosesdir. Amma biz buna nə qədər hazırıq? Bax, əsas məsələ budur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 249
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 193
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 191
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 250
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 262
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 162
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 156
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 221
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 227
.