"Günəşli" faciəsindən altı il ötür
Bu gün "Günəşli" yatağında baş verən faciədən altı il ötür.
Oxu.Az xəbər verir ki, yanğın 2015-ci ilin 4 dekabrında baş verib.
Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.
Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.
5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.
Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.
SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.
6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1032 Tarix: 04 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi mexanizmlərini
14:50 165 Türkiyədə gənənin dişlədiyi polis öldü
Türkiyənin Tokat vilayətinin Zilə rayonunda çalışan 48 yaşlı polis əməkdaşı A.K. gənə dişləməsindən sonra xəstəxanada həyatını itirib. -ın yerli mediaya istinadən məlumatına görə, polis əməkdaşı üç gün əvvəl yüksək hərarət şikayəti ilə Zilə Dövlət Xəstəxanasına müraciət edib. İlkin müayinədən sonra o
17:10 201 Bitkiləri səhv salıb ayağına bağlayan qadın xəstəxanalıq oldu
Rusiyada yaşlı qadın atpıtrağından kompres hazırlamaq istəyərkən bitkiləri səhv salıb və xəstəxanalıq olub. xarici mediaya istinadən xəbər verir ki, qadın xalq təbabəti üsulundan istifadə etmək məqsədilə atpıtrağı yarpağı toplamaq istəyib, lakin o, səhvən zəhərli baldırğan yarpağı dərib və ayağına kompre
16:00 192 Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə prezident hakimiyyətinin onun övladlarına ötürülməsi barədə danışanlar haqqında kəskin fikir bildirərək, onları "axmaqlar" adlandırıb. "Report" RBK-ya istinadən xəbər verir ki, o, bu fikri "Pul pervovo" teleqram kanalında yerləşdirilmi
17:50 179 "Miss Earth İndoneziya 2025"in qalibi 25 yaşında öldü
"Miss Earth İndoneziya 2025" gözəllik müsabiqəsinin qalibi Putri Andriani Cufica vəfat edib. Axşam.az xəbər verir ki, Putri 25 yaşında dünyasını dəyişib. Bu barədə məlumat 14 avqustda, Putrinin 26 yaşı tamam olacağı gün elan edilib. Onun ölüm səbəbi ictimaiyyətə açıqlanmayıb. Qeyd edək ki
20:15 174 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ
Livanda İsrail ordusunun endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının elit "Radvan" bölməsinin komandirlərindən biri məhv edilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb. Hərbçilərin sözlərinə görə
20:30 134 İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb. "Report" xəbər verir ki, bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzad
14:40 167 Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO
Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni
22:15 104 Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq. "Report" xəbər verir ki, bu barədə Baş nazir "Qaley İsrailin Müdafiə Ordusu"nun hərbi radiosuna müsahibəsində bildirib. "Nüvə silahına malik il
16:50 185