Dişiniz ağrıyarsa, məlhəmi özünüz hazırlayın
Diş ağrısı bir çox səbəbə görə baş verə bilər. Diş ətinin qıcıqlanması nəticəsində yarana bilən kiçik diş ağrıları bir müddət sonra öz-özünə keçə bilir. Bəzi ağız və diş problemlərindən qaynaqlanan şiddətli diş ağrılarında (dişin mərkəzində bakterial infeksiya nəticəsində yaranan diş absesi, diş əti infeksiyası və s.) isə vaxt itirmədən diş həkiminə müraciət etmək lazımdır. Xüsusən, gecə saatlarında ağrısı daha da şiddətlənir. Buna səbəb hormonal dəyişikliklərlə əlaqədar damardaxili təzyiqin artması və damar genişlənməsinin baş verməsidir.
Axşam.az ev şəraitində ağrıları azalda biləcək üsulları təqdim edir. Lakin müvəqqəti həllər əvəzinə qalıcı müalicə etməyiniz tövsiyə olunur.
- Duzlu su dişlər arasında yığılan iltihabı aradan qaldırır, dezinfeksiya edir.
- Dişlər arasında qalan qida hissəciklərini fırçalaya bilmədiyiniz məqamlarda diş çöpü ilə təmizləməyə çalışın.
- Əgər diş ağrısı dişin zədələnməsindən qaynaqlanırsa, yanağınızın kənarına soyuq kompres tətbiq edin.
- Hidrogen peroksid (3%) iltihabı və ağrıları azaltmağa kömək edir. Dərmanı su ilə qarışdırıb qarqara edin. Ağzınızda olan suyu udmayın.
Diş ağrısı aradan qaldıran bitkilər:
Mixək yağı: ağrıları və iltihabı azaldan təbii antiseptikdir. Bir pambığa az miqdarda mixək yağı çəkin və ağrılı bölgəyə qoyun. Və ya kiçik bir stəkan suya bir damla mixək yağı əlavə edib ağzınızı yaxşıca yaxalayın.
Vanil ekstraktı: müvəqqəti olaraq ağrıları aradan qaldırır və tərkibindəki antioksidanlar bölgənin sağalmasına kömək edir. Gündə bir neçə dəfə pambıq vasitəsi ilə diş və diş ətinə çəkə bilərsiniz.
Nanə çayı: sakitləşdirici özəlliyi ilə ağrıları aradan qaldırır. Nanə yarpaqlarını qaynadıb bir az soyumasını gözləyin. Bu çayı ağrıyan yerə çəkə bilərsiniz.
Sarımsaq: bir diş sarımsağı əzib ağrı olan bölgəyə qoyun. Sarımsaq bakteriyaları öldürür və iltihabı aradan qaldırır.
Kəklikotu yağı: güclü antioksidant və antibakterial xüsusiyyətlərə malikdir. Diş ağrısı əlamətlərini aradan qaldırmaq üçün suya bir neçə damcı kəklikotu yağı əlavə edib qarqara edə bilərsiniz. Bu yağı bir neçə damcı təmiz su ilə qatıb pambıqla zədələnmiş bölgəyə tətbiq etmək də olar.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3297 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 659 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 579 Gündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
08.10.2026 1064 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 872 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 943 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 809 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 946 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 643 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 823