Pandemiya səbəbindən gözləri zəifləyən uşaqların sayı artıb

Pandemiya səbəbindən gözləri zəifləyən uşaqların sayı artıbHazırda da davam edən COVID-19 pandemiyasının dünyaya təsiri həm də əhali arasında göz xəstəliklərinin artımı ilə bağlı oldu. Artıq bir çox ölkələr insanların, xüsusilə uşaqların görmə problemlərində olan artımı məhz pandemiya ilə əlaqələndirirlər.

Pandemiya dövründə məktəblərin bağlanaraq dərslərin distant formada keçirilməsi, uşaq və gənclərin həmişəkindən daha çox evdə qalaraq elektron cihazların ekranlarına uzun müddət baxması onların görmə qabiliyyətinə xeyli təsir edib.

ABŞ-da aparılan sorğuda iştirak edən valideynlərin 70 faizi pandemiya dövründə övladlarının gündə ən azı 4 saat elektron cihazların ekranlarına baxdığını açıqlayıb. Pandemiya ilə əlaqədar karantin səbəbindən evdə oturan 6-8 yaşlı 120 min uşaqda görmə qabiliyyətini araşdıran Çin mütəxəssisləri də aydınlaşdırıblar ki, uşaqlarda miyopi (uzaqdangörmə qabiliyyətinin azalması) və digər görmə pozuntularına rast gəlmə sıxlığı əvvəlki 5 illə müqayisədə üç dəfə çoxalıb. Onlayn dərs, oyunlar və digər səbəblərdən uşaqların elektron cihazların ekranları qarşısında keçirdikləri vaxt 2,5 saat uzanıb. Bu səbəbdən görmə qabiliyyəti normal olan uşaqlar uzağı zəif görməyə başlayıblar, görmə qabiliyyəti yaxşı olmayan uşaqların isə görməsi daha da pisləşib.

Azərbaycana gəldikdə, ölkədə pandemiyanın əhalinin görmə qabiliyyətinə hansı formada təsir etməsi ilə bağlı hər hansı araşdırma aparılmayıb. Amma son 10 il ərzində qeydə alınan xəstəlik saylarında baş verən artımda pandemiyanın rolunun olması da inkar edilmir. Məsələn, rəsmi rəqəmlərə görə, 2010-cu ildə Azərbaycanda 42604 nəfər göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkibsə, 2020-ci ildə belə şəxslərin sayı 72471-ə yüksəlib. Onların 30718-i (2010-cu ildə 20773 nəfər) yaşı 18-dək olanlardır ki, həmin uşaqlar arasında da yaşı 13-dək olanların say çoxluğu xüsusi diqqət çəkir. 2010-cu ildə yaşı 13-dək olan 17636, 2020-ci ildə isə 22685 uşaqda göz xəstəlikləri olub.

Miyopiya problemi olanlar yaxından görmədə çətinlik çəkmirlər, ancaq uzaqdakı obyektləri bulanıq seçirlər. Miyopiyada gözə daxil olan şüalar görməni təmin edən təbəqə sayılan tor qişanın önünə düşür. Bu səbəbdən baxılan obyektlər tor qişada aydın olmur və o, bulanıq görünür. Miyopiyanın əsas simptomları gözlərin qıyılması, tez-tez ovuşdurulması, bulanıq görmədir.

Türkiyənin Göz Vəqfi Xəstəxanalarının direktoru Barış Yeniad deyir ki, uşaqlarda bu simptomların olmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlar görmə dəyişikliklərinə tez uyğunlaşır və bu dəyişikliklərdən şikayət etməyə bilərlər. B.Yeniad artıq Türkiyədə xəstəxanalara bu şikayətlərlə daxil olanların sayının artdığını söyləyib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva nəzərə çatdırır ki, Azərbaycanda da miyopiyalı insanların sayı getdikcə artır. Pandemiya səbəbindən insanların telefon, planşet və kompüterlə daha çox təmasda olması miyopiya problemi ilə xəstəxanaya müraciət edənlərin sayının çoxalmasına gətirib çıxarıb. Müraciət edənlərin arasında uşaqlar xüsusilə üstünlük təşkil edirlər. Məktəbyaşlı uşaqlar arasında pandemiyadan əvvəl də müşahidə edilən bu xəstəlik halları indi daha çox artıb.

Miopiyanın inkişafının ən çox məktəb və tələbəlik dövrünə düşdüyünü deyən həkim-oftalmoloq bunu həmin illərdə gözlərin çox gərgin işləməsi ilə izah edir: "Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir. Göz alması öz normal formasını dəyişərək uzanır, ovallaşır. Nəzərə alaq ki, ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirib çıxarır. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi gününü kompüter, telefon qarşısında keçirənlərin ümumi probleminə çevrilir".

Y.Abdıyeva tövsiyə edir ki, miyopiyanın inkişafının qarşısının alınması olduqca vacibdir, çünki bu vəziyyət sonradan katarakt və qlaukoma kimi daha ciddi göz xəstəliklərinə səbəb ola bilər. Miopiyanın artmasının qarşısını almaq üçün eynəkdən (və ya linza) istifadə qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görmə qabiliyyətini yoxlatmaq lazımdır. Miopiyası olan uşaqlara bədən tərbiyəsi ilə məşğul olmaq xeyirli hesab edilir. Ancaq bu zaman onları ağır fiziki gərginliyə məruz qoymaq da olmaz. Boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaq onlar üçün əks-göstəriş hesab edilir.

Kompüter, televizor və planşetdən istifadəyə uşaqların daha çox meyilli olduğunu vurğulayan Y.Abdıyevanın sözlərinə görə, saatlarla televizor, kompüter və planşetdən istifadə etmək onları cihazlardan asılı vəziyyətə salmaqla yanaşı, sosial mühitlə əlaqələrini də zəiflədir.

Texnologiyalara olan bu aludəçilk keçid dövrünü yaşayan yetkinlik yaşlı uşaqlarda özünə qapanmaya, məktəb yoldaşlarına, ətrafındakı başqa insanlara qarşı aqressiv davranışların nümayiş edilməsinə və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə istər kompüter və planşetdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalı, uşaqların texnologiyalardan istifadə etməsi, kompüter qarşısında oturması müddətinə nəzarət etmək lazımdır. Araşdırmalara əsasən, 2 yaşına qədər olan uşaqlara televizora, planşetə, kompüterə baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun, planşetin, kompüterin uşağın yalnız gözlərinə deyil, onun mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır. 3-4 yaşlı uşaqlar kompüter, planşet önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter, planşet arxasında əyləşdikdə gözlər bir nöqtəyə zillənib qalır və nəticədə tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur, qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaradır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onda baş ağrıları, yorğunluq və digər patoloji hallar da baş verir.\Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 27 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəlidir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə səfər etdi. Səfər tərəflər arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında Prezidentlər regional vəziyyət, sülh prosesi, enerj

21:07 75
.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - Araşdırma

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsu

14:06 276
.

Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı

Apteklər şəbəkəsinə sahib olan "Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib. Binəqədi rayonunda MMC-yə məxsus aptekd

13:19 221
.

Fotolarını süni intellektlə dəyişdirib qadınları şantaj edirdi, həbs olundu

Vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfər saxlanılıb. Axşam.az xəbər verir ki, bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) əməliyyat-texnik

15:54 277
.

Bakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyub

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günü-gündən güclənir, dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır. Xüsusilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkəmizin beynəlxalq nüfuzu dah

20:58 80
.

Şənbə günü hava belə olacaq

Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah şimal-qərb küləy

14:27 281
.

Daimi Yorğunluq: Səbəblər və Həyatımıza Təsiri

Son dövrlər bir çox insan gün ərzində özünü daim yuxulu, halsız və yorğun hiss edir. Hətta gecə kifayət qədər yatmağa baxmayaraq, səhər oyananda enerji çatışmazlığı və diqqət dağınıqlığı kimi hallar yaşanır. Bu vəziyyət gündəlik həyatın ritminə, iş məhsuldarlığına və ümumi həyat keyfiyyətinə mənfi təsi

15:39 241
.

Bu çaydan boya çıxdı - ALMAYIN- FOTO

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi qida təhlükəsizliyi ilə bağlı yeni yoxlama nəticələrini açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, yoxlama nəticəsində "Elmas" adlı çaylarda süni boya maddəsi aşkarlanıb. Nazirlik bununla yanaşə laboratoriya analizlər zamanı ən diqqətçəkə

19:45 214
.

Bakı-Brüssel dialoqu: enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatdı. Səfər regiondakı gərgin vəziyyət, Ermənistanla sülh prosesi və ümumi strateji əhəmiyyət baxımından diqqət çəkdi. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, Antonio Koştanı

14:18 205
.

TOP MP3