Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildirib

Azərbaycan Prezidenti Putin və Paşinyanla söhbətin səmimi olduğunu bildiribAzərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan liderləri ilə danışıqlardan sonra tərəflər arasında hərtərəfli, səmimi söhbət olduğunu, planların açıq şəkildə müzakirə edildiyini bildirib.

"Bu gün bir çox məsələlərlə bağlı olduqca hərtərəfli, deyərdim ki, səmimi söhbət oldu. Biz planlarımızı, narahatlığımızı doğuran məsələləri açıq müzakirə etdik. Əsas odur ki, fikir ayrılıqlarının həllində verdiyimiz qərarlar təhlükəsiz və proqnozlaşdırıla bilən olacaq", - deyə İlham Əliyev mətbuata açıqlamasında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakı İrəvanla uzunmüddətli qarşıdurmanı əks etdirən tarixin səhifəsini çevirməkdə qərarlıdır.

"Mən dəfələrlə demişəm ki, biz Azərbaycanda Ermənistanla uzunmüddətli qarşıdurma səhifəsini çevirməyə, normal qarşılıqlı fəaliyyət mərhələsinə qədəm qoymağa hazırıq", - deyə Azərbaycan prezidenti danışıqlardan sonra bəyan edib.

İlham Əliyev əlavə edib ki, Moskva ilə Bakı arasında etimad münasibətlərinin səviyyəsi İrəvanla bir çox məsələlərdə həll yollarının tapılmasına töhfə verir.

"Bu formatda biz məqsədlərimizə nail oluruq. Rusiya Azərbaycan üçün dost və strateji tərəfdaşdır. Mən deyərdim ki, strateji tərəfdaşdan daha artıqdır. Azərbaycanla Rusiya arasında etimadın səviyyəsi ən həssas məsələlərdə Ermənistanla həll yollarını tapmaqda bizə yardım edir" – deyə İlham Əliyev qeyd edib./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1482   Tarix: 26 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Cadunun təsiri ilə" söyüş söyən tiktoker HƏBS OLUNDU

Sosial şəbəkədə söyüş söyən daha bir tiktoker həbs olunub. -ın məlumatına görə, 34 yaşlı rayon sakini Qismət Allahverdiyev tiktok sosial şəbəkəsində paylaşdığı videoda nalayiq ifadələr səsləndirdiyi üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatınd

13.03.2026 148
.

Tarix Əliyev bu şəxslərə qadağa qoydu

Aparıcı, prodüser Traix Əliyev bəzi sosial media səhifələrinə xəbərdarlıq edib. xəbər verir ki, aparıcı, etdiyi paylaşımları xəbər kimi tirajlayan səhifələri şikayət edəcəyini bildirib. "Sonuncu dəfə bəzi "instagram" səhifələrinə xəbərdalığımı edirəm. Mənim paylaşdığı hər sözü xəbər edi

13.03.2026 40
.

Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə bəzi şoubiznes nümayəndələrinə efir qadağası qoyulması ilə bağlı xəbər yayılmışdı. xəbər verir ki, siyahıda müğənni Ayan Babakişiyevanın da adı var idi. Bu gün "Öz aramızda" verilişinin canlı yayımında qonaq olan müğənni qadağa iddialarını da yalanlayı

13.03.2026 73
.

Qızıl və gümüş yenidən ucuzlaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit - Britaniya istilik vahidi) 0.13% dəyər qazanaraq 3.2373 ABŞ dollarına bərabər olub. Niderlandın "Titl

13.03.2026 87
.

Avaralıqla bağlı xəbərdarlıq və inzibati həbs qaydaları

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən, "avaralıqla məşğul olan" dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçili

13.03.2026 283
.

"Bu, regional sabitliyə birbaşa təhlükədir" - Azərbaycan MN

"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat verib. Bildirilib ki, bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır:. "Bu kimi hərəkətlər qəbuledilmə

13.03.2026 221
.

Dünyanın ən qorxulu körpüsü

Dünyada elə körpülər var ki, onları görən insanlar heyran qalır. Lakin elələri də var ki, təkcə görünüşü belə insanın ayaqlarını əsdirə bilir. Onlardan biri dünyanın ən qorxulu mühəndis qurğularından biri kimi tanınır. xarici mediaya istinadən xəbər verir ki, söhbət Pakistanda yerləşən Sidhu körpüsündə

13.03.2026 140
.

"Qlobal Bakı Forumu - Azərbaycanın diplomatik gücünün dünyaya meydan oxuyan tribunası"

XII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezisləri idi. Bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da məhz ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar və mövcu

13.03.2026 210
.

İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb

13.03.2026 238
.

TOP MP3