Evimizə gələnə qədər "itən" istilik – ARAŞDIRMA

Evimizə gələnə qədər "itən" istilik – ARAŞDIRMAİlham Şaban: "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin nə istehlakçılara, nə də dövlətə faydasını görmürəm. Çünki Azərbaycandan kənarda gördüklərimlə Azərbaycanda gördüklərim arasında diametral fərq var".

Gələn il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq. Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1 faiz çoxdur. Subsidiya, satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub. Bəs subsidiyanın artırılması istilik təchizatının keyfiyyətinə necə təsir edəcək? Hər il qış dövründə mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən abonentlər bu subsidiyanın "istisinə" isinə biləcəklərmi?

"Kaspi" qəzetinin əməkdaşı mövzu ilə bağlı maraqlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:

Tədbirlər planına əsasən...

"Azəristiliktəchizat" ASC-nin məlumatına əsasən, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb: "Respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən istilik verilir. Digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən istiliyin verilməsinə başlanacaq. Bununla əlaqədar olaraq, quruma məxsus 554 qazanxana istismar edilməklə, 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. Tədbirlər planına əsasən, 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub".

Qurum istilik təchizatı sistemində 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhəmiyyətli işlər gördüyünü vurğulayır.

"100 milyon manat da ayrılsa..."

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə qurumun işi ilə bağlı hər hansı müsbət dəyişikliyin olacağına inanmır. Subsidiya məsələsinə gəldikdə isə ekspert deyir ki, bu quruma 100 milyon manat da ayrılsa, effekt verməyəcək: "Mən Avropa ölkələrini misal gətirmirəm. Sovet məkanında Rusiya, Ukrayna, Qazaxıstanla müqayisə etdikdə bizim "Azəristiliktəchizat" uzaqlarda qalan bir xidmət qurumudur. Onlara 100 milyon manat subsidiya ayrılsa da, xeyri yoxdur. Əgər əvvəlki dövrlərə baxsaq, bu cür subsidiyalar dəfələrlə olub. Bəs nəticəsi nədir? Mən hələ mərkəzi istilikdən istifadə edən müsbət fikirli insan görməmişəm. Dövlət onlar üçün subsidiya ayırır, onlara bazar qiymətindən də aşağı qaz verir ki, o qazı istiliyə çevirsinlər və evlərin istilik təminatını qış dövründə həyata keçirsinlər. Nəticə sıfırdır".

"Əgər evdə normal istilik olarsa..."

Ekspert vurğulayır ki, əgər evdə normal istilik olarsa, insanlar alternativ yolla istilik təmin etməzlər: "İnsanlar istiliyi qazdan deyil, elektrikdən alırlar. Elektrikdən alınan istilik "Azəristiliktəchizat"ın təklif etdiyindən ən azı 3 dəfə bahadır. Qış aylarında insanların xərclərinin çoxu istiliyə gedir. Yayda kondisionersiz keçinə bilərik. Amma 6 ay müddətində istiliksiz keçinmək olmur. Ona görə də, vətəndaş əlində nəyi varsa, ona xərcləyir".

Kommersiya baxımından özünü doğrultmayan qurum...

Həmsöhbətimizin sözlərinə görə, qonşu ölkələrdə dövlətdən verilən istiliklə nəinki evlər, binaların blokları belə isidilir ki, insanlar üçün komfort olsun. Lakin bizdə evin bir otağı belə isinmir. İnsanlar da görür ki, bununla otaqları isitmək mümkün deyil, elektrikdən istifadə ediblər. Buna görə də, istiliyə görə pul ödəmirlər. Bu qurum kommersiya baxımından özünü doğrulda bilməyən dövlət qurumudur, daim büdcədən pul alır. Göstərilən xidmət məni qane etmirsə, nə üçün ona pul verməliyəm? Hesab edin ki, həftənin 2 günü istilik olur, hava soyuyan kimi isə olmur. Qurumun rentabellikdən aşağı səviyyədə fəaliyyət göstərməsi düzgün deyil. Əgər hamı individual istilik sistemindən istifadə edirsə, bu qurum nəyə lazımdır? Mən ekspert kimi onların fəaliyyətinin nə istehlakçılara, nə də dövlətə faydasını görmürəm. Çünki Azərbaycandan kənarda gördüklərimlə Azərbaycanda gördüklərim arasında diametral fərq var".

Çıxış yolu...

Ekspert vurğulayır ki, yeganə çıxış yolu kimi onun qısa bir zamanda dövlətsizləşdirilməsi, yəni özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər.

"Borcu olan qazanxanalara qaz verilməyəcək"

Məlumat üçün bildirək ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə 25 milyon manata yaxın borcu var. "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev borcu olmayan qazanxanalara qaz veriləcəyini bildirib: "Qazın açılışının təmin olunması üçün "Azəristiliktəchizat" ASC tərəfindən "Azəriqaz" İB-yə müraciət olunmalıdır. Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. Müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik. Qalan borc məsələsi gündəmdə qalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1144   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 292
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 341
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 269
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 262
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 245
.