Şuşaya ilk daxil olan 8 əsgər, əməliyyatın adı və şəhərə qalxan gizli yol – "Əsrin əfsanəsi" haqda YENİ DETALLAR

Şuşaya ilk daxil olan 8 əsgər, əməliyyatın adı və şəhərə qalxan gizli yol – "Əsrin əfsanəsi" haqda YENİ DETALLARŞuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar.

Yəhudi jurnalist Pyotr Lyukimson yazır: "İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir".

Mənim üçün indi ən çox maraqlı olan Şuşanın azad olunması əməliyyatının adıdır. Ermənistan 28 il öncə Qarabağ incisinin işğalına "Dağlarda toy" adını vermişdilər. 28 il ərzində bu əməliyyatın adını eşidəndə "Fəryad" filmindəki fraqmenti, erməni komandirin "Şuşa şəhərini ələ keçirdik" deməsindən sonra ermənilərin arvadlı-uşaqlı qol götürüb oynaması yadıma düşürdü nədənsə...

28 il sonra Azərbaycan ordusu ermənilərə Şuşa dağlarında gerçəkdən toy tutdu, amma bu əməliyyatın adı nə idi axı?

Bunun hərbi sirr olduğunu, ən azı hələlik belə olduğunu bilirik, Xüsusi Təyinatlı Qüvvələrin şəhərə hansı yolla və necə daxil olduğu kimi...

Amma gəlin Şuşanın azad olunmasına şərti olaraq "Xarıbülbül" adını verək, şəhidlərimizin ruhuna ithafən.

Və biz Şuşanın azad olunması ilə bağlı əfsanəvi əməliyyat haqqında ilk dəfə "le Monde" nəşrinin sətrlərində rast gəlirik.

Fransız reportyorun məqsədi əməliyyat haqqında yox, Xankəndiyə gətirilən yaralılar barəsində yazmaq idi.

"Xankəndinə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi", - o, yazırdı.

"Tapança və bıçaq yarası...". Bu sözlər Şuşa əməliyyatı ilə bağlı ilkin təsəvvür yaranmasına kömək etdi.

"le Monde" yazırdı: "Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. "Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir" yaralı erməni əsgər deyir. Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir".

Bu məqalə yayımlananda Şuşanın azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi...

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib.

Daha sonra müəyyən fərqliliklərlə eyni mənzərəni təsvir edən bəzi təfərrüatlar ortaya çıxdı və bizə döyüşü birbaşa iştirakçılarının dilindən dinləmək nəsib oldu.

XTQ üzvü, Şuşa qazisi Alik Məmmədov: "Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onlarımın formasında belə biz ola bilərdik".

XTQ kəşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə: "Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin kəşfiyyatında qaldıq. İki gündən sonra hücuma keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tək silah avtomat idi, ancaq onlar bizim üstümüzə bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sıldırım qayaları qalxırdıq. Çox çətin idi, dizin-dizin dağı qalxırdıq. Düz qalxmaq qeyri-mümkün idi. Qayadan əlimizlə tuturduq, dizlərimiz yerdə, iməkləyə-iməkləyə qalxırdıq sıldırım qayaları... Dağa qalxanda inilti eşitdim. Bildim ki, kimsə yaralanıb. Gördüm döyüş yoldaşımdır. Düzdür, tanımırdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdi ki, onu o vəziyyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o vəziyyətdə döyüşdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaralanan qardaşlarımızı döyüş meydanında qoya bilərdik...Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, səhər saat 8-ə qədər döyüşdük. Ora ən ən vacib yüksəklik idi, biz həmin yeri yaralı-yaralı qoruyub saxladıq ki, şəhərin özünə girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşlarm Şuşaya girəndə mərmiləri bitib, mühasirədə qalmışdılar. Ürəkləri rahat olsun deyə silahı atıb əlbəyaxa davaya girirdilər. Qisaslarını bur cür alırdılar".

Anlayır ki, Azərbaycan əsgəri:

- Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla – bıçaq, tapança, avtomat – aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüşə-döyüşə sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;
- Əməliyyatın müəllifi və rəhbərlik edən XTQ komandanı Hikmət Mirzəyev hücum zamanı ən incə detalı belə nəzərə alıb;

Və məlum olur ki, əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb. Bəlkə də Azərbaycan əsgəri Şuşaya qıymağa əli gəlməyib, bəlkə də...

Bu əməliyyatı tarixi Qavqamela döyüşü ilə eyniləşdirənlər də var: Makedoniyalı İsgəndər sayca qat-qat çox olan III Daranın ordusunu ağıllı taktikası ilə darmadağın edir.

Yaxud bunu Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı hərbi əməliyyatları, eləcə də Malazgirt və Mohaç döyüşləri ilə müqayisə edə bilərik.

Aypara (Qurd Qapanı da deyilir) taktikası. Hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Şahidlərin dedikləri Şuşa döyüşündə məhz bu taktikadan istifadə edildiyi fikrini gücləndirir: şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığılıb və ermənilər hücumun oradan olacağını gözləyiblər; əsas qüvvələr sıldırım qayaları dırmaşaraq, şəhərə daxil olub və üzbəüz döyüşlə düşmən məhv edilib.

Ermənistan tərəfi sonuncu dəfə rəsmi açıqlamasında Şuşa və Şuşa ətrafında qalan 300 erməni hərbçinin cəsədinin təhvil alıdığını bildirmişdi və qeyd olunurdu ki, təhvil alma prosesi hər gün davam edir.

Lakin mediada erməni cəsədlərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilir.

Azərbaycan mediası hərbi mənbələrə istinadən 800 erməni cəsədinin olduğunu yazırdı;
Rusiyanın erməniyönümlü "Rvvoenkor" telegram kanalı isə yazırdı: "Rusiya sülhməramlıları və BQXK Şuşada mindən çox erməni cəsədini Ermənistan tərəfinə təhvil verib".

Ermənistanda hələ də Şuşa əməliyyatının təsirini azaltmaq cəhdləri davam edir. Erməni jurnalist Roman Baqdasaryanın isə bu cəhdləri alt-üst edən etirafları var.

Baqdasaryanın açıqlamasında məqsədin hakimiyyəti hədəfə almaq olduğu hiss olunur, lakin Şuşa əməliyyatı ilə bağlı maraqlı məqamlara toxunur:

"Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şəhərdə 600 erməni döyüşçü var idi (bu rəqəm reallıqdan azdır). 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində 1000-ə yaxın döyüşçü üzə çıxdılar. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Bundan başqa, Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar. Halbuki, ona qədər mağazalarda kolbasa, pendir və digər məhsullar çürümüşdü, sahibləri isə onu verməkdən imtina edirdilər. Məlumatlar var ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girdi. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxdılar. Hətta indi yazırlar ki, Şuşada guya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç".

Erməni jurnalist qeyd edir ki, Şuşaya gizli bir yol var: "Daşaltından qalxan bu yolu erməni dəllallar çəkmişdi. Onlar bu yolla meşələrdən qırdıqları ağacları Ermənistana daşıyır, orada satırdılar. Kadrlarda da gördük ki, Şuşadan Azərbaycan texnikası çıxır. Bu hərbi texnika nə Laçın, nə də Xankəndi vasitəsilə Şuşaya getməyib, məhz həmin yolla qalxıb".

Baqdasaryanın dedikləri nə qədər Ermənistan hakimiyyətini tənqid etmək məqsədi daşısa da, ermənilərin Şuşa əməliyyatı ilə bağlı danışdıqları yalanları ifşa edir.

Tarix bundan sonra Ermənistanın daha çox yalanını ifşa edəcək, çünki məğlublar bir-birini ittiham etməyi sevirlər və "çəpər davası"nı xatırladan bu mübahisələr gerçəkləri üzə çıxarır.

Şuşaya gəlincə, Ali Baş Komandanın təbirincə desək, "Əziz Şuşa, biz artıq qayıtmışıq" və fikrimizcə, Şuşanın azad olunmasını bundan gözəl ifadə edən söz yoxdur.

Biz qayıtdıq, öz evimizə qayıtdıq. Təsadüfi deyil ki, Şuşa əməliyyatının "Evimizdə döyüş" adlandırdığına dair əfsanələr də dolaşır. Hələ çox əfsanələr dolaşacaq, Azərbaycan əsgərinin XXI əsrdə yazdığı əfsanələr.../Publika.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3321   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hörmüz boğazı təhlükəsi: Trampın qərarı regionda gərginliyi artırdı

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının bağlanması da daxil olmaqla, İrana qarşı əməliyyatın mümkün nəticələri barədə xəbərdar edilsə də, bu xəbərdarlıqlara məhəl qoymayıb. xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, müharib

13:33 201
.

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

Rusiya ordusunun gecə satlarında Ukraynaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında bildirib. "Hazırda Kiyev, Sumı, Xarkov, Dnepr və Nikolayev vilayətlərində kütləvi hücumun nəticələrini

20:40 128
.

Narkotikin təsiri altında avtomobil qaçıraraq Balakənə getmək istəyən şəxs TUTULDU

Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək "Chevrolet" markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. -ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmu

21:50 98
.

Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial layihəsi çərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir. xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb. Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samu

18:20 198
.

Pensiya və maaşların verilmə tarixi dəyişir? - 40 gün…

Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı. Lakin bu addımın başqa tərəfi də var. Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiy

20:33 212
.

Xanoba sakini: Kənddən çıxanda 8 yaşım vardı, indi isə 8 yaşlı övladımla geri qayıtdım

Xocavənd rayonunun Xanoba kəndinə köçən sakin Sənan Qasımov oradan çıxanda 8 yaşının olduğunu, indi isə 8 yaşlı övladı ilə kəndə qayıtdığını bildirib. O, "Report"un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı ilə söhbətində belə deyib. "Kəndimiz işğal olunanda mənim 8 yaşım vardı

18:10 181
.

Artıq Azərbaycanda 10 nəfər bu xəstəliyə YOLUXDU

Azərbaycanda keçən il ərzində 10 sporadik (tək-tək və ya nadir hallarda - red) qızılca hadisəsi qeydə alınıb. xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub. Hesabatda həmçinin bildirilib ki, ölkədə vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielit, difteriya, epidemi

15:40 273
.

Stiprays: Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir. "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XII Qlobal Bakı Forumunda bildirib. Onun sözlərin

19:00 159
.

Sabah Bakıda 13 dərəcə isti olacaq

Bakıda martın 15-də 13 dərəcə isti olacaq. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağ

13:45 187
.

TOP MP3