Qarabağ qələbəsinin birinci ili - Azərbaycanda Zəfər Günü qeyd olunur

Qarabağ qələbəsinin birinci ili - Azərbaycanda Zəfər Günü qeyd olunurBu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından bir il ötür – xalqımız Zəfər Gününü qeyd edir.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın döyüş meydanında parlaq qələbəsi və tarixi ədaləti bərpa etməsi ilə nəticələnib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edib.

Döyüş meydanında ordumuzun göstərdiyi şücaət düşməni təslim olmağa məcbur qoyub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bu, Ermənistan üçün kapitulyasiya aktı idi. Beləliklə, bir güllə belə atılmadan işğalçı Ermənistan üç rayonu Azərbaycana təhvil verib.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

44 günlük Vətən müharibəsi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun Ermənistana döyüş meydanında tarixi dərs verməsinə səhnə olub. Ali Baş Komandanın çoxsaylı çıxışlarında qeyd etdiyi kimi, Müzəffər Ordumuz bir an belə geri çəkilmədən daim irəli gedib işğala son qoymağı düşünüb. Yekunda isə Ordumuz qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanın şanlı zəfəri onun qəhrəman övladlarının qanı hesabına başa gəlib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu günədək 2908 şəhidimizin dəfn olunduğunu açıqlayıb. 6 hərbçimiz itkin düşüb.

Şəhidlərimizin qanı, qazilərimizin mübarizəsi və şücaəti Zəfər Gününü Azərbaycan xalqına bəxş edib. Azərbaycan Ordusu Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa uğrunda uğurlu hərbi əməliyyatlar keçirib. Müharibənin ilk günlərində düşmənin iftixar mənbəyinə çevirdiyi "Ohanyan xətti" darmadağın edildi. Ermənilər bu müdafiə xəttinin keçilməzliyi ilə bağlı miflər yaratsalar da, Azərbaycan Ordusunun peşəkar zabitləri, igid əsgərləri həmin o mifi də məhv etdilər. Suqovuşan, Füzuli, Cəbrayıl istiqamətlərində düşmənə vurulan sarsıdıcı zərbə, müdafiə xəttinin məhv edilməsi ermənilərə qorxu saldı. Zəngilan və Qubadlı uğrunda döyüşlərdə pərən-pərən salınan düşmən tək çarəni mövqeləri tərk edib geri çəkilməkdə gördü. Azərbaycan Ordusunun məhv etdiyi düşmən "taktiki olaraq geri çəkildiyini" iddia etsə də, döyüş meydanında tətbiq olunan yalnız bir taktika vardı. O da Azərbaycan Ordusunun daim irəli şüarı ilə həyata keçirdiyi peşəkar əməliyyat taktikası.

Laçın dəhlizinə çıxdıqdan sonra hədəf Qarabağın mədəniyyət beşiyi Şuşa oldu. Qəhrəman hərbçilərimizin misilsiz şücaəti və dünya hərb tarixinə düşən əməliyyat planı ilə Qarabağ xanı Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşa şəhəri əsarətdən qurtarıldı.

Parlaq zəfərlərlə dolu əməliyyatlara səhnə olan Vətən müharibəsi 10 noyabr tarixində üçtərəfli bəyanatla başa çatdı. Qalib və Müzəffər Ordunun Ali Baş Komandanı kimi İlham Əliyev bütün dünyanın gözü qarşısında bəyanatı imzaladı. Ordusu məhv edilən, separatizm ideyaları darmadağın olan, rüsvayçı şəkildə məhv edilən Ermənistan baş naziri Nikol Paşinyan isə gizlində kapitulyasiya aktına öz imzasını çəkməli oldu.

44 günlük müharibə ilə tarix yazan Azərbaycan həmin tarixi Zəfər Günü ilə əbədiləşdirdi. Bu gün hər bir azərbaycanlı Vətən müharibəsində qazanılmış şanlı zəfəri qeyd edir, şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, qazilərimizə qayğı və ehtiram göstərilir.

Zəfər günü Azərbaycanın müstəqillik tarixində ən önəmli hadisələrdən biri kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan dövlətinin qüdrəti və nəhayət ordumuzun qəhrəmanlığı ilə unudulmaz zəfər qazanıldı. İllərin həsrətinə son qoyuldu, qisas alındı, ədalət bərpa olundu, Qarabağ öz Vətəninə qaytarıldı, onun bağrından zorla qoparılan xarıbülbül yenidən çiçək açdı... 8 noyabr tarixi hər bir azərbaycanlının iftixar mənbəyinə çevrildi.

İftixar günümüz – bundan sonra hər zaman xalqımızın müqəddəs amal uğrunda mübarizəsinin müqəddəsliyini bizə xatırladacaq. Həmin müqəddəs mübarizə bizə hər zaman növbəti Zəfərlərə daşıyacaq!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 205
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

22:00 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

18:15 16
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 206
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

22:45 1
.