Dolmanın yanında qatıq yemək qana dəmirin sovrulmasını əngəlləyir?

Dolmanın yanında qatıq yemək qana dəmirin sovrulmasını əngəlləyir?Ətin yanında qatıq yemək olmaz deyən bəzi mütəxəssislər var. Maraqlı məqam burasındadır ki, sadəcə deyib keçirlər, ancaq elmi izahını vermirlər. Bu insanların iddialarına görə, ətlə bərabər istehlak edilən qatıq ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibində olan dəmir məhv olur. Əslində isə bu, yanlış fikirdir və insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil.

BiG.AZ xəbər verir ki, bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

Ekspert bildirib ki, milli mətbəximizin formalaşması bütün dünyaya səs salıb:
"Mən beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və biz hər zaman bu festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik. Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmasa və ya hər hansısa bir zərəri olarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda, milli dəyərimiz olan dolmanın yanında min illərdir sous olaraq qatıq verilirsə, demək ki, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki, bunun da bir elmi izahı var".

A.Salamov qeyd edib ki, qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmirlə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər:

"Ancaq bu da kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca, dəmirin vücud tərəfindən sovrulması, kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanın yanında qatıq istehlak ediriksə, qatıq da maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burada dəmir və ya zülal itkisindən söhbət gedə bilməz. Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər. Demək ki, hər şey öz çərçivəsində, normasında daha gözəldir". /publika.az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1258   Tarix: 04 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 219
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

22:30 1
.

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış

18:15 16
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 215
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 245
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

20:45 1
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

19:45 1
.