Vahid Mustafayevlə AzTV sədri arasında qalmaqal - Qarşılıqlı ittihamlar

Vahid Mustafayevlə AzTV sədri arasında qalmaqal - Qarşılıqlı ittihamlarANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə AzTV sədri Rövşən Məmmədli arasında qalmaqal baş verib.

BiG.AZ Bakupost-a istinadən xəbər verir ki, buna səbəb VMF şirkətinin AzTV-də yayımlamaq istədiyi videoçarxa imtina cavabı alması olub.

Bununla bağlı ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov bəyanat yayıb.

Həmin bəyanatda deyilir:

"Saat fabriki olan VMF Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində möhtəşəm qələbəsini əbədiləşdirmək üçün 2020-ci ildə fabrik "Qələbə vaxtı" kolleksiyasının istehsalına başladı və düşməndən azad olunan rayonlarımızın adlarını saatlara həkk etdi. Həmin dövrdə ANS-in reportyorları ön cəbhədən məlumatları tamaşaçılara çatdırırdı. Arxa cəbhədə də VMF fabriki gərgin işləyərək, düşmən üzərində zəfər çaldığımız ərazilərin adlarını əbədiləşdirirdi.

Zəfər günü ərəfəsində də VMF fabriki bu saatları nümayiş etdirmək üçün videoçarx hazırlayaraq, onu ölkə telekanallarında nümayiş etdirmək istədi. Bu həm də VMF fabrikinin vətəndaşlar qarşısında hesabatı idi. Təbii ki, bu yayım üçün vəsait də ayrıldı. Lakin maraqlı bir hadisə baş verdi: dövlət kanalı olan AZTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina etdi. Bildirdi ki, reklam çarxı AzTV-yə uyğun gəlmir. Amma Rövşən Məmmədli onu da deyib ki, videoçarx hər hansı problemsiz Mədəniyyət və İdman kanallarında yayımlana bilər. Sual çıxır: əgər bu çarx AzTV-də yayımlana bilməzsa, həmin TV-nin o biri kanallarında necə yayımlana bilər?! Bu mövqe anlaşılan deyil axı, AzTV kommersiya qurumu deyil, büdcədən maliyyələşən kanaldır. Büdcəni maliyyələşdirən şirkətlər sırasında VMF NF də var, yeri gəlmişkən...

AzTV-nin sədri Rövşən Məmmədli belə bir "irad" da tutub ki, "Qarabağ Azərbaycandır!" ifadəsini hərbçilərin səsi ilə vermək olmaz! Bundan əlavə, AzTV sədrindən daha bir "göstəriş": VMF-in reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış "Qələbə kolleksiyası"ndan olan saat görüntüləri çıxarılmaldır. Niyə? Əsgərlərimizin canı, qanı bahasına aldığımız rayonların adlarını niyə və kimdən gizlətməliyik? Bunu düşmən tərəfi desəydi, təbii, anlaşılan olardı. Axı niyə bizim dövlət kanalı Azərbaycan malını reklam etməkdən boyun qaçırır? Özü də elə bir zamanda ki, televiziyalar maliyyə çatışmazlığından gileylənirlər.

VMF fabriki bu möhtəşəm qələbəni əbədiləşdirmək istəyirdi. Fabrikin əməkdaşları bu işi o qədər entuziazmla görürdülər ki... Amma bu gün hamı AzTV rəhbərliyinin mövqeyindən şoka düşüblər və anlamırlar ki, nə pis iş görüblər. 1941-45-ci illərdə Böyük Vətən müharibəsindən sonra Rusiyada qəhrəman şəhərlərin adları ilə saatlar buraxıla bilərdi, amma biz istehsal etdiyimiz saatları "Qələbə vaxtı" kolleksiyamızı nümayiş etdirə bilmərik?! Axı niyə? Niyə yerli sahibkarlarımızı, yerli istehsalımızı belə "əzməliyik"?!

Bu adamlar və onların rəhbərləri baş verənlərin əsl məqsədini anlamırlar. Düşmən üzərində möhtəşəm qələbə müasir Azərbaycan tarixində yeni səhifə yazdı. Azərbaycan bu gün təkcə neft-qaz istehsal edən ölkə deyil, biz gəmi tikirik, kosmosu fəth edirik, magistral yol çəkirik və... əvvəllər yalnız İsveçrə, Yaponiya və s. ölkələrdən aldığımız dəqiq mexanizmləri indi özümüz istehsal edirik. Bunun nəyi pisdir? AzTV-nin rəhbərliyinin qürur hissi yoxdur?".

Məsələylə bağlı qarşı tərəf – AzTV-dən cavab olaraq bildirilib ki, həmin vedeoçarxın efirə verilməməsinin peşəkarlıq və ideoloji baxımdan ciddi əsasları var:

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC olaraq bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyətimiz və efir siyasətimiz məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub. Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur.

Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.
Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikativ xarakter daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır" sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər" deyilib.

Bilirsiniz, "Qarabağ Azərbaycandır" şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı.

Ümumiyyətlə, AzTV olaraq hər kəsə, o cümlədən reklam şirkətlərinə məsləhət görərdik ki, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış zəfər tarixini reklam etdikləri məhsullarla uyğunlaşdırarkən diqqətli olsunlar və bu müqəddəs tarixin çəkisinə azacıq da olsa xələl gətirən heç nəyə yol verməsinlər. Buna heç kəsin haqqı yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1733   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tehrandan müharibə açıqlaması: "Həm hərbi, həm də siyasi baxımdan qalib gəldik"

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəldiyini bildirib. xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. Qalibafın sözlərinə görə, ABŞ və İsrail münaqişə başlamazdan əvvəl qarşılarına qoyduqları heç bir məqsədə nai

11:20 168
.

Fransa meşə yanğınlarına qarşı ordunu səfərbər edir

Fransada meşə yanğınları ilə mübarizə aparmaq üçün 2 min əsgər ehtiyatda saxlanılır. xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus bu barədə BFMTV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ehtiyatda olan təxminən 2 min əsgər zərurət yaranacağı təqdirdə yanğınların söndürülməs

11:44 154
.

Mourinyo "Real Madrid"də mövsümə belə hazırlaşır

"Real Madrid" 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib. xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında "Alkorkon"u 1:0, "Leqanes"i 4:1, "Ferentsvaroş"

18:45 1
.

Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi

Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar

11:31 168
.

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub

12:11 226
.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

15:51 204
.

Saakaşvili: Gürcüstan Qərb əleyhinə pakt yarada bilər

Gürcüstanın yaxın gələcəkdə Rusiya ilə diplomatik münasibətləri bərpa etməyi və Abxaziya ilə güc tətbiq etməmək barədə müqavilə imzalamağı planlaşdırdığı iddia edilir. xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə "Facebook" səhifəsində məlumat verib. "Rusiy

11:07 154
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü xarici siyasətinin beynəlxalq etimad göstəricisi

Ukraynanın İrpen şəhər Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun diqqətçəkən göstəricilərindən biridir. Bu qərar 30 aprel 2026-cı ildə açıqlanıb. İrpenin fəxri vətəndaşlığı sadəcə fəxr

12:39 213
.

Amaliya Pənahovanın hədiyyə etdiyi xəncər satışa çıxarılıb?

Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid xəncərin Türkiyədə satışa çıxarıldığı deyilir. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında satışa çıxarılan xəncərdən xəbərsiz olduğunu deyib:. "Biz Amaliya xanımla uzun illər bir yerdə işləmişik. Onun həyatı

16:47 151
.

TOP MP3