Həkim-infeksionist: Buster doza ilə peyvəndləmə...

Həkim-infeksionist: Buster doza ilə peyvəndləmə...Son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "delta" ştamı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan həkim-infeksionist Vüqar Cavadzadə deyib ki, koronavirusun mutasiyası onun həyat qabiliyyətidir.

Həkim-infeksionistin dediyinə görə, AY.4.2 növünün diaqnostika, müalicə və profilaktikası COVID-19-un digər ştamlarından fərqlənmir: "AY.4.2-nin əlamətləri COVID-19-un digər ştamlarında olduğu kimidir. Yəni, virusla yoluxmuş xəstənin əlamətlərindən onun hansı ştamla yoluxduğunu müəyyən etmək mümkün deyil. Bunu yalnız PZR testləri vasitəsilə aydınlaşdırmaq mümkündür. Bundan sonra da yüzlərlə ştamlar yayılacaq, hər bir virus mutasiyaya məruz qalıq. Lakin nəzərə almaq lazımdır ki, viruslar mutasiyaya uğradıqca onların xəstəlik törətmə qabiliyyəti zəifləyir. İstisna hallarda isə yoluxduruculuq və öldürücülük xüsusiyyəti yüksək olan ştamın yaranması da mümkündür. İstənilən halda, vətəndaşların təşvişə düşməsinə lüzum yoxdur. Sadəcə olaraq, vaksinasiyada aktiv iştirak edərək kütləvi immunitetin formalaşdırılmasına töhfə vermək lazımdır".

V.Cavadzadə, həmçinin qeyd edib ki, yoluxmanın kəskin artması buster doza ilə peyvəndləmənin zəruriliyini isbat edir: "Buster doza koronavirus əleyhinə vaksinasiyanın üçüncü mərhələsidir. Bu, qüvvətləndirici doza hesab edilir və qanda anticisimlərin yüksək səviyyədə qalmasını təmin edir. Nəzərə almaq lazımdır ki, vaksinasiyanın 2 mərhələsində də iştirak etmiş vətəndaşların qanında COVID-19 əleyhinə yaranan anticisimlərin miqdarı 6 aydan sonra azalmağa başlayır. Buster doza ilə peyvəndləmə isə anticisim sintezini sürətləndirir. Bir sözlə, buster doza vurduranların infeksiya ilə yoluxma ehtimalı daha aşağıdır. Xüsusilə də xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Bundan başqa isə, təkcə vaksinasiya ilə arxayınlaşmaq olmaz. Vətəndaşlar gigiyenik qaydalara əməl etməli, xüsusilə kütləvi toplaşmalarda tibbi maska taxmalı və sosial məsafəni qorumalıdırlar".

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.

Xatırladaq ki, Azərbaycan dövləti vaxtında çevik və zəruri qabaqlayıcı addımlar ataraq postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub. Azərbaycanda COVID-19 əleyhinə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 518 min 912, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 154 min 936, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 363 min 976 nəfər təşkil edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1216   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 1
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 1
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 341
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 1
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 245
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 225
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 169
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 236
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 262
.