11 yaşlı uşağın taleyinə görə hər birimiz məsuliyyət daşıyırıq - Komitə sədri
11 yaşlı qızın zorakılığa məruz qalması faciədir. Əfsuslar olsun ki, biz müasir dövrdə belə cinayət hallarına rast gəlirik. Əlbəttə baş vermiş hadisə öz-özlüyündə bir neçə vacib məsələni qabardır. Necə ola bilir ki, 11 yaşında qızın fiziologiyasında, davranışlarında dəyişiklik baş verir və ailə üzvləri bunu hiss etmir, narahat olmur? Adətən analar övladında hər hansı dəyişikliyi, problemi hər kəsdən əvvəl görür və duyur. Ancaq baş vermiş hadisədə biz bunun əksini görürük.
BiG.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, həm Ailə Məcəlləsində, həm də Uşaq Hüquqları haqqında qanunda birmənalı olaraq valideynin vəzifə və öhdəlikləri qeyd olunub:
"Ailə Məcəlləsində göstərilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (58.2 maddə). Həmin Məcəllənin 60.2-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Müvafiq olaraq valideyn məsuliyyəti ilə bağlı digər qanunvericilik aktları da mövcuddur. Lakin baş vermiş bu hadisə bir daha valideyn məsuliyyətinin artırılması və tətbiq olunan sanksiyaların sərtləşdirməsi məsələsini aktuallaşdırır. Digər tərəfdən 11 yaşlı uşaq həm də məktəblidir. Uşağın dərsə davamiyyəti, hazırlıq səviyyəsi, psixoloji durumu müəllim, məktəb psixoloqunun diqqətini cəlb edə bilməməsidir. Ona görə də, biz dəfələrlə bu məsələni səsləndiririk ki, məktəb psixoloqlarının sayının artırılmasına, onların bilik və bacarıqlarının yüksəldilməsinə ehtiyac var".
Komitə sədri hesab edir ki, baş vermiş bu hadisə zorakılıq və cinayət hadisəsidir: "Hüquq-mühafizə orqanları istintaq araşdırmaları aparır, cinayətkar cəzasını alacaq. Ancaq bu məsələ məişət zorakılığı hallarının kriminallaşdırılması məsələsini aktuallaşdırır. Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növlərinin qəbul edilməsinə ehtiyac var. Xüsusilə cinsi zorakılıq faktları ilə bağlı qorxuducu və ağırlaşdırıcı faktlarla yanaşı, azadlıqdan məhrumetmə, əmlakın müsadirə edilməsi və s. əhatə edilməlidir. Artıq böyüklər uşaqlara qarşı zorakılıq törətmək istəsələr, ilkin növbədə bu məsuliyyəti düşünməlidir. Məsələn; Rusiya Federasiyası Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin təklifləri əsasında parlamentə pedofillər üçün ömürlük həbs nəzərdə tutan qanun qəbul olunub, O cümlədən, RF CM-in 78-ci maddəsinə əlavə olaraq uşaqlara qarşı törədilən cinayət açılmadıqda müddət köhnəliyi bitməyəcək".
Millət vəkilinə görə, 11 yaşında çox böyük mənəvi, psixoloji, fiziki, fizioloji zorakılığa məruz qalan uşağın sonrakı taleyi, aldığı travmaların müalicəsi, reabilitasiyası uzun sürən prosesdir: "Əlbəttə ki, hamımız düşünməliyik! Çünki bu halların qarşısını almaq üçün hər birimiz məsuliyyət daşıyırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1240 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 1 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 1 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 341 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11.11.2026 1 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 245 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11.11.2026 225 İspaniyada kirayə və mənzil böhranı
İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd
11.11.2026 169 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 236 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 262