Türkiyənin Baş konsulunu qətlə yetirən ASALA terrorçusu Ermənistana sığınıb

Türkiyənin Baş konsulunu qətlə yetirən ASALA terrorçusu Ermənistana sığınıbTürkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA erməni terror qruplaşmasının üzvü Xambik Sasunyan Ermənistandadır.

"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyası məlumat yayıb.

X.Sasunyan Ermənistana səfəri barədə feysbuk səhifəsində paylaşım edib.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Xampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası ("Armenian Youth Federation") və "Erməni soyqırımına ədalət uğrunda" erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınayıb.

Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanıən Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin aprelində Sasunyanın azadlığa buraxılması ilə bağlı bunları bildirmişdi: "Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1025   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rumıniyada pilotsuz təyyarə həyəcanı - F-18 havaya qalxdı

Mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı Rumıniyanın şərqində vurulub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rumıniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalatsidən təxminən 24 kilometr şimalda, Moldova Respublikasından milli hav

11:49 167
.

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

Ulduz futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges yenidən bahalı zinət əşyaları ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, Corcinanın 75 milyon dollarlıq aksessuarı sosial şəbəkələrdə müzakirə yaradıb. Qeyd edilib ki, Corcinanın nikah günü taxdığı zinət əşyaları "Chopard"

11:20 326
.

"Əxlaqsızlığı film və mahnılarda axtarmayaq..."

Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Mabel Matizin "Ha Leylim" adlı mahnısına və klipinə tətbiq edilən qadağaya münasibət bildirib. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu barədə Kiprdə konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırarkə

17:22 162
.

"Faytonçu Nazim"in səhhəti necədir?

"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni "Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də "Fayton-latiNos music bond"un bir yaşının olacağını bildirib:. "Neçə aydır qala gecəsin

14:17 251
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü xarici siyasətinin beynəlxalq etimad göstəricisi

Ukraynanın İrpen şəhər Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun diqqətçəkən göstəricilərindən biridir. Bu qərar 30 aprel 2026-cı ildə açıqlanıb. İrpenin fəxri vətəndaşlığı sadəcə fəxr

12:39 228
.

Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu

20:30 62
.

Son altı ayda 30 min insan ölüb - Azərbaycanda ŞOK STATİSTİKA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb

20:00 100
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

16:14 166
.

Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışarkən bildirib:. "Məsələn, Azərbaycanla Ermənista

12:27 182
.

TOP MP3