Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı dövlət qurumları açıqlama verdi - YENİLƏNİB

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı dövlət qurumları açıqlama verdi - YENİLƏNİBAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəklərdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli istiqamətində tədbirlər görülür:

"Eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir. Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik".

12:42

"Uşaq bir neçə ay əvvəl sığınacağa gətirilsə də, bizimlə qalmaq istəmədi".

Bu sözləri Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, uşağı sığınacağa ərazi üzrə post patrul xidməti əməkdaşları qeyri-rəsmi şəkildə yolda görüb, yazıqları gəldiyi üçün gətirmişdilər: "Uşaq gələn kimi özünü öldürürdü ki, mən burada qala bilmərəm. Mən o zaman bu uşağın vəziyyətini gördüm. Məsələ ictimailəşdirildikdən sonra Daxili İşlər Nazirliyinin dərhal reaksiyasına sevindim. Necə tez bir zamanda uşaq tapılıb, zəruri olacaq bütün analizlər götürülüb, nəticələr müəyyən edilib. Sadəcə Elşad Hacıyeva eşq olsun deyə bilərəm ki, bu qədər operativ şəkildə davrandılar.

Amma bildiyim qədər uşaq və anası ən azı iki sutka müayinə olunsaydı, daha yaxşı olardı. Nəinki xroniki xəstəlik, istənilən xəstəlik belə olsa onlar müayinə, müalicə olunmalıdırlar. Uşağın qəyyumu təkcə anası deyil. Hər bir halda nəticədə uşaq küçədə qalmalıdır? Aidiyyəti qurumları mən paylaşımımda da işarələmişəm. Mən ilk dəfə deyil küçə uşaqları ilə çalışıram. O uşaq bizə gətiriləndə də onun davranışlarından hiss etdim ki, asılı vəziyyətdədir. Adətən toksik maddələr qəbul edənlərin davranışlarını onda hiss etdim və məsəlnin aidiyyəti üzrə araşdırılması üçün paylaşım etdim"

10:04

"Azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır".

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin azyaşlı anasının yanındadır:

"Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib".

09:30

"Bakıda uşağın küçələrdə dilənməsini görməzdən gəlirlər".

Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Daha əvvəl də sosial şəbəkələrdə görüntüləri paylaşılan uşaqla bağlı aidiyyəti qurumların reaksiyasız qalması istifadəçilər tərəfindən ciddi müzakirə edilib.

K.Ağazadə küçədə diləndirilən azyaşlı uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı olduğunu vurğulayıb:

"Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı! Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasından reaksiya gəlməyib".

Paylaşımda paytaxtın Yasamal rayonu ərazisində bu vəziyyətdə görülən uşağa Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə reaksiyasız qalması qınanılıb:

"Yasamal Rayon İcra Hakimiyyəti də bu uşağı görmədi ki, görmədi. Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur. Bu uşaq müalicə almalıdır. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə olunmalıdır. Daha sonra müəssisəyə yerləşdirilməlidir. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz, dövlət qurumları, bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1614   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.