Gənc oğlan sevgilisi ilə qəbiristanlıqda öpüşərkən yaxalandı: "Ziyarətə getmişdim"

Gənc oğlan sevgilisi ilə qəbiristanlıqda öpüşərkən yaxalandı: "Ziyarətə getmişdim"Bu ilin 24 mart tarixində Bərdə rayonunun Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqda 2003-cü il təvəllüdlü Məhəmmədəli Quliyevin Elnur Məmmədovu (şərti adlı) bıçaqlaması faktı ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işə baxılarkən maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, hadisədən əvvəl Mustafaağalı kənd sakini olan 18 yaşlı Məhəmmədəli rayonun Arabaçılar kəndindən olan sevgilisi ilə qəbiristanlığa gəlib. Onlar orada qızın anasının məzarını ziyarət ediblər. Bu zaman uzaqdan tanımadıqları şəxsin onlara baxdığını görən gənc sevgililər qəbiristanlığı tərk etmək qərarına gəliblər və 17 yaşlı Aybəniz (şərti) məzarlıqdan çıxaraq taksiyə minib və ərazidən uzaqlaşıb. Bundan sonra cütlüyü görən Elnur Məmmədov Məhəmmədəlini yanına çağırıb.

Məhkəmədə ifadə verən bıçaqlanan şəxs olayı belə təsvir edib:

"24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığım Hacılar kəndindən qonşu kənd olan Arabaçılar kəndinə getmişdim. Arabaçılar kəndi yaxınlıqda olduğu üçün qəbiristanlığın içərisindən keçən yol ilə piyada gedirdim. Yolüstü orada atamın məzarına baş çəkdim. Daha sonra aşağı tərəfə gedən zaman qəbirlərin yanında bir oğlanla qızın dayandığını gördüm. Onlar öpüşürdülər, məni görən kimi əyinlərini düzəldib ayağa durdular və oradan çıxıb qəbiristanlığın yuxarısına tərəf getdilər. Mən isə həmin oğlanla qızın dayandıqları yerə doğru getdim və oradakı qəbirin qonşumun həyat yoldaşının qəbri olduğunu, qızın da qonşumun qızı olmasını bildim. Daha sonra sonradan adının Məhəmmədəli olmasını bildiyi oğlanın və Aybənizin arxasınca gedərək hər ikisinin şəhidlərin dəfn edildiyi tərəfdə olduğunu gördüm. Həmin yerə çatanda həmkəndlim Mirova məxsus VAZ-2107 markalı avtomobili gördüm, yaxınlaşanadək Aybəniz həmin avtomobilə minərək oradan uzaqlaşdı. Məhəmmədəli isə qəbiristanlığın aşağı tərəfinə gedərək özünün yaşadığı Mustafaağalı kəndi istiqamətində irəlilədi. Mən Məhəmmədəlini səsləyərək dayanmasını istədim. Məhəmmədəli dayanaraq məni gözlədi, mən də yaxınlaşıb Məhəmmədəlidən kim olduğunu soruşdum. Bu zaman Məhəmmədəli qızın sevgilisi olduğunu bildirdi. Daha sonra mən Məhəmmədəliyə "Adam istədiyi qızı qəbiristanlığa gətirib belə edir?" sualını ünvanladım, qəbiristanlıqda qızla öpüşdüyü üçün bir dəfə şillə ilə Məhəmmədəlinin sifətindən vurdum. Məhəmmədəli mənə "Əmi, niyə elə danışırsan? Qızın atası da bilir, dayısı da bilir" sözlərini söylədi. Həmin vaxt mən qızın həm atasının, həm də dayısının mobil nömrələrinə zəng edəcəyimi, onların bundan xəbəri olmasını, yoxsa yalan dediyini dəqiqləşdirəcəyimi bildirdim. Əsas məqsədim Məhəmmədəlini kəndə aparmaq olduğu üçün tanışlarımdan birinə zəng edib qəbiristanlığa çağırmaq istədim. Ancaq həmin tanışıma zəng etsəm də, zəngə cavab verilmədi. Bir neçə saniyə sonra mənim mobil telefonuna zəng gəldi. Mən üzümü geriyə döndərib zəngə cavab verəndə Məhəmmədəli məni arxadan bıçaqla vurdu. Dönüb sol əlimi qarşıya uzatdıqda Məhəmmədəlinin vurduğu ikinci bıçaq zərbəsi sol qoluma dəydi. Daha sonra Məhəmmədəliyə mane oldum, dostum Namiqin mobil nömrəsinə zəng edərək qəbiristanlıqda bıçaqla vurulduğumu və Namiqdən təcili qəbiristanlığa gəlməsini xahiş etdim".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Aybənizlə münasibətini onun atası və xalası bilib. Hadisə baş verən gün qızın xahişi ilə onun anasının məzarını ziyarət ediblər və bu zaman Elnur onlara yaxınlaşıb. Sevdiyi qızı yola salandan sonra Elnur onu çağırıb və ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxsin onu kəndə aparıb biabır edəcəyini düşündüyü üçün üstündə gətirdiyi qatlanan bıçaqla zərbə endirib.

Məhkəmə Məhəmmədəlini 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4523   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.