Müstəqilliyi möhkəmləndirən əsas faktor

Müstəqilliyi möhkəmləndirən əsas faktor1991-ci ildə Sovet hakimiyyətinin dağılması ilə müttəfiq dövlətlər öz respublikalarını qurmağa başladılar. Azərbaycan da 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Lakin həmin dövrdə ölkəni, idarə edənlərin müstəqillik və milli inkişaf barədə aydın konsepsiyasının olmaması, rəhbər şəxslərin səriştəsiz siyasəti, ölkədə pozulan sabitliyi və qanunçuluğu bərpa edə bilməmələri, müstəqillik uğrunda mübarizənin kənar qüvvələrin də təsiri ilə gözlənilmədən vətəndaş qarşıdurması müstəvisinə keçməsi Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoyur, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını ciddi şəkildə sarsıdırdı. Digər tərəfdən, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycana hərbi təcavüz edərək bir-birinin ardınca torpaqlarımızı işğal edir, yerli əhalini qaçqın-köçkün vəziyyətinə salırdı ki, bu da ölkədə günü-gündən artan iqtisadi, siyasi, sosial-mənəvi böhranı getdikcə dərinləşdirirdi. 1990-cı illərin əvvəlində keçmiş SSRİ-nin dağılmasından sonra yaranan gərgin vəziyyətin təhlili bir daha göstərir ki, xalqımızın güclü, təcrübəli liderə ehtiyacı var idi.
Belə bir mürəkkəb, çətin dövrdə xalqımız öz xilaskarına, milli liderinə-Heydər Əliyevə üz tutdu. Heydər Əliyev 1990-cı ildən başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması və qorunub saxlanılması prosesində ölçüyəgəlməz xidmətlər göstərib. 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirmişdir. 1990-cı ilin məlum 20 Yanvar hadisələrindən sonra ittifaq miqyasında ilk kəskin reaksiya verən məhz Heydər Əliyev olmuşdu. Ulu öndər həmin vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş, Bakıda qanlı faciəni törədənləri kəskin tənqid etmişdir.
Ölkəmizin müstəqilliyinin ilk illərində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması heç də asanlıqla başa gəlməmiş, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunmuşdur. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Ümummilli lider ölkəmizin beynəlxalq qurumlara inteqrasiyası istiqamətində də aktiv siyasət aparmağa başladı. Avropa İttifaqı, NATO ilə tərəfdaşlığa dair sazişlər imzalandı, 2001-ci ildə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu. Bununla da dövlətimiz beynəlxalq aləmdə mühüm tribuna əldə etdi. Və öz həqiqətlərini, məruz qaldığı işğal, qaçqın, köçkün problemini daha açıq şəkildə Avropaya çatdıra bildi. Heydər Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və praktiki tədbirlər ölkəmizdə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratdı. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır: "Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".

Fuad Heydər - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.