Zümrüd Quluzadə vəfat etdi - FOTO

Zümrüd Quluzadə vəfat etdi - FOTOAzərbaycanın Əməkdar elm xadimi vəfat edib.

BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, "Şərq fəlsəfəsi problemləri" adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.

Z.Quluzadə dünən səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib.

O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, uzun illər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışıb.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Z.Quluzadə "Şöhrət" ordeninə layiq görülüb.

Zümrüd Quluzadə vəfat etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2010   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş