Bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Bu ərazilərə qar yağacaq - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 02-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4755   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş