Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTOXalq artisti Teymur Mirzəyev vəfat edib.

BAKU.WS xəbər verir ki bu haqda Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdiyev sosial şəbəkə hesabında bildirib.

O, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbərinin fotosunu yayımlayaraq bunları yazıb:

"Bu gün ikinci üzücü xəbər də özünü çox gözlətmədi. Kanadada yaşayan gözəl bəstəkarımız Adil Bəbirovun ölüm xəbərindən sonra yəhudi dostlar daha bir acı məlumatı çatdırdılar. İsraildə yaşayan məşhur "Qaya" ansamblının yaradıcılarından biri Teymur Mirzəyev də bu gün dünyasını dəyişdi. Allah rəhmət eləsin! Yeri behişt olsun!".

Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda dünyaya gəlib. Almaniya, Avstriya, Amerika, Türkiyə, Hindistan, Afrika, İsrail, Kanada, Gürcüstan, Ukrayna kimi ölkələrdə musiqimizi təbliğ edib. 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.

Xalq artisti vəfat etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6055   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş