"Xarı bülbülü düşmən tapdağından azad edən müharibə"

"Xarı bülbülü düşmən tapdağından azad edən müharibə"Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, şəhidlərin xatirəsi anılıb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, tanınmış simalar da anım günü ilə bağlı paylaşımlar ediblər.

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bizdən sonra gələcək nəsillər üçün də əsrlər boyu yaddaşlarda qalacaq tarix yazdılar! Qəhrəmanlarımızı dünyaya gətirən analarımıza bir ömür boyu minnətdarıq. Allah sizə səbir versin. Şəhidlərimizə rəhmət eləsin!" deyə, paylaşımında yazıb.

Xalq artisti Aygün Kazımova "Vətən uğrunda canından keçən şəhidlərimizi hörmət və ehtiramla anırıq! Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin" sözləri ilə şəhidlərin xatirəsini anıb.

Xalq artisti Brilliant Dadaşova isə paylaşımında bunları qeyd edib:

"1 il keçdi... Çox ağır, kədərli günlər yaşadıq. Biz artıq ikinci dəfə müharibə yaşayırdıq. Artıq ürəyimizin yağı qalmamışdı. Çatlarla, çapıqlarla dolu ürəyimizdə Birinci Qarabağ müharibəsinin qorxusu var idi: Uğursuzluq qorxusu. Ali Baş Komandan İlham Əliyev, bizi qalib xalqa çevirdiyiniz üçün bu vətən sizə daima minnətdar olacaq. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan oğullar, yaralanan, həyatı faciəyə çevrilmiş bacı və qardaşlarımız, körpə balalar heç vaxt unudulmayacaq".

Xalq artisti Röya Ayxan isə paylaşımına "Düz bir il əvvəlin bu günü ordumuz tarix yazmaq üçün cəbhəyə yollandı. Qürurverici haldır ki, onlar 30 ilə yaxındır həsrətini çəkdiyimiz işğal altında olan torpaqlarımızı sonunda bizə qaytardılar. Bu uğurda iştirak etmiş, zəfər qazanmağımızda adı olan şəhidlərimizi yad edirik! Qazilərimizə şəfa, şəhid analarına səbr diləyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əlavə edib.

Müğənni Elvin Abdullayev "Haqqınız ödənməz, nə etsək belə... Allahdan hər birinizə ruhunuz şad olsun deyirəm. Hər birinizi sevgiylə, ehtiramla anırıq, dəyərli qardaşlarımız!" sözlərini yazıb.

Müğənni Roza Zərgərli də sosial şəbəkədə bunla bağlı paylaşım edib. İfaçı "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir! 27 sentyabr öz qanı, canı bahasına əzəli torpaqlarımızı bizə geri qaytaran qəhrəmanlarımızın - şəhidlərin anım günüdür. Bu gün həm də bizim üçün qürur yeri hesab olunan, alnımızı açıq, üzümüzü ağ edən, xarı bülbülü düşmən tapdağından azad edən, Cıdır düzünü, İsa bulağını bizə qaytaran 44 günlük müharibənin başlandığı tarixdir. Bütün bu sadaladıqlarımıza görə biz sizə borcluyuq, əziz Vətən övladları! Ruhunuz şad olsun!" deyə, bildirib.

Xalq artisti Məleykə Əsədova isə "Qarabaq Azərbaycandır! Şəhidlərimiz, qəhrəmanlarımız, igidlərimiz, yaddaşlarda, qəlblərdə ömürlük yaşayacaqsınız! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bu igid oqulları dünyaya gətirən anaların qarşısında baş əyirəm. Azərbaycanımızı, rəşadətli ordumuzu, Ali Baş Komandanımızı, əsgərlərimizi Allah qorusun" sözləri ilə paylaşım edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1273   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.