Ramin Bayramlı daha bir vəzifəsindən AYRILDI
Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.
BiG.AZ xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
O qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:
"Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil".
Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.
R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb.
2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
O, TƏBİB-ə sədrliklə yanaşı, ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyirdi (modern.az).
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4572 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Hacıqabulda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsəno
18.08.2026 228 Amputasiya edilmiş ayaqları bərpa etdilər - Çində unikal əməliyyat
Çində cərrahlar unikal əməliyyat həyata keçirərək xəstənin amputasiya edilmiş ayaqlarını yerinə bərpa ediblər. "Qafqazinfo" "China Press" nəşrinə istinadən xəbər verir ki, bu, dünyada bud nahiyəsindən aşağı ətrafların ilk uğurlu replantasiya əməliyyatıdır. Məlumata görə, 51 yaşl
18.08.2026 212 İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra
18.08.2026 225 Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribat
Rusiyanın media resurslarında və sosial platformalarda Azərbaycana qarşı açıq nifrət nitqinin, suverenliyə qəsd çağırışlarının və hibrid təhdidlər yenidən intensivləşib. Onsuz da bu prosesin tamamilə dayandığı vaxt olmayıb. Növbəti belə təxribat "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev
18.08.2026 135 "Heç vaxt brendə 5 min avro vermərəm, saxtasını alıram"
Türkiyənin məşhur sənətçisi Seda Sayan "Kafa TV" proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bahalı brendlərə minlərlə dollar xərcləmək əvəzinə, bəzən saxta çanta və geyimlərə üstünlük verdiyini açıq şəkildə etiraf edib. Seda Sayan bu mövzuda "Gucci"
18.08.2026 85 Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? (VİDEO)
Bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar. Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirili
18.08.2026 171 Supermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil. xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veri
18.08.2026 132 İxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək - Abituriyentlərə XƏBƏRDARLIQ
Sabah 23:59-da ali məktəblərə ixtisas seçimi yekunlaşır. DİM-dən -a verilən məlumata görə, bu gün səhər saatlarında 70 mindən çox abituriyent ixtisas seçimini təsdiqləyib. Bəs görəsən, ixtisas qrupları üzrə hansı ixtisaslarda bal artımının olması gözlənilir? Seçim zamanı nələrə diqqət etmək lazımdır
18.08.2026 149 Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Çıxışına Azərbaycan dilind
18.08.2026 174