Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT

Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜATBu ilin 1 fevral tarixində Suraxanı rayonu Əmircan qəsəbində 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun həyat yoldaşı Fəridə Qasımovanı qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımov 2009-cu ildən rəsmi nikahda olduğu və 2 azyaşlı uşağının anası olan Fəridəni qısqanclıq zəminində öldürdüyünü bildirib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşının onu saymadığını, başqa şəxslərlə yazışdığını deyib: "Fəridə anamın xalası nəvəsi olub. Öz ailəm, valideynlərim və qardaşımın ailəsi ilə bir evdə yaşamışıq. Fəridənin mobil telefonu olmadığından instaqrama mənim telefonumla girirdi. Hər gün işdən evə gələndə telefonu masanın üzərinə qoyurdum. 2020-ci ilin yay aylarında Fəridədən şübhələnib yataq otağına keçəndə telefonu onun əlində tutdum. Həmin vaxt Fəridə instaqramdan çıxa bilmədiyi üçün ekranda "Həsən" adlı

profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini gördüm. Fəridə mənə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin instaqramda qrup açdıqlarını, orada hamının danışdığını dedi. Həmin vaxt Fəridəni bir dəfə döydüm, lakin şikayət olmadığı üçün bununla bağlı hüquq-mühafizə orqanında heç bir araşdırma aparılmadı. 29 yanvar 2021-ci il tarixdə işdən evə gəlib yenə telefonu stolun üzərinə qoydum və gecə saat 12 radələrində uşaqların otağına keçib uzandım. Telefonu uşaqlar oyanmasın deyə həmişə qonaq otağına qoyurdum. Bir qədər sonra Fəridənin digər otaqda güldüyünü eşidib tez yataq otağına keçdim, Fəridə isə məni görən kimi telefonu gizlətdi. Fəridədən kimlə danışdığını soruşduqda guya mahnıya qulaq asdığını, özü üçün zümzümə etdiyini dedi. Cəld odeyalın altından telefonu çıxarıb baxanda instaqramda "Qaqaş Seyfəlov" adlı profildəki oğlanla söhbət etdiyini, bir-birinə nağıl danışdıqlarını, keçmiş günlərdən, uşaqlıqlarından söhbət etdiklərini gördüm. Fəridə telefonu əlimdən almağa çalışan zaman yumruqla və dabanımla Fəridənin çiyninə, üzünə və başına vurdum. Səhərisi gün, yəni 30 yanvar 2021-ci il tarixdə Fəridənin anasını çağırıb bu barədə söhbət etdik. Həmin söhbətdə qayınanam bu barədə qayınatama heç nə deməməyimizi xahiş etdi. Qayınanama telefonda olan Fəridə ilə həmin oğlanın yazışmalarını, şəkillərini, səs yazılarını göstərdim. O da bunları görəndən sonra qızına 1-2 şillə vurdu. Lakin son 2-3 gündə Fəridənin telefonundakı instaqram hesabına ard-arda mesajlar gəlirdi, lakin Fəridə mənə instaqram kodunu demədiyi üçün həmin mesajları oxuya bilmirdim. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində işdən qayıdanda yenə instaqram hesabının kodu ilə bağlı aralarında mübahisə oldu və Fəridəni evin içində qonaq otağında yumruq və təpiklə döyüb bədəninin müxtəlif nahiyələrinə vurdum. Bundan sonra mətbəxə qaçıb oradan bıçaq götürdüm. Fəridə əlimdəki bıçağı görən kimi qorxub həyətə qaçdı. Həyətdə Fəridəyə çatan kimi ona 3-4 bıçaq zərbəsi endirdim, ikinci bıçaq zərbəsini vurandan sonra Fəridənin səsi kəsildi. Bundan sonra uşaqlar evdə tək qaldığı üçün evə girib atama zəng edərək Fəridəni bıçaqladığını dedim. Təxminən 10 dəqiqə sonra atamgil gəldi və Fəridəni həyətdən qonaq otağına gətirib təcili tibbi yafrdıma və polis bölməsinə zəng edərək hadisə barədə məlumat veriblər. Hər şey bir anın içində oldu. Əməlimdən peşmanam".

M əhkəmədə çıxış edən zərərçəkmiş tərəf də hadisənin social şəbəkə yazışmaları üstündə baş verdiyin, Fəridənin əslində çox tərbiyəli, ailəsinə bağlı olduğunu, heç vaxt mobil telefon işlətmədiyini, Ehtibarın onu qısqanclıq zəminində öldürdüyünü bildiriblər.

Məhkəmə 33 yaşlı E.Qasımovun 10 il 6 ay müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1804   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.