Əhməd Əhmədovdan general rütbəsi alınır

Əhməd Əhmədovdan general rütbəsi alınırNaxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmünə əsasən, Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin "daxili xidmət general-mayoru" ali xüsusi rütbəsindən, "polis general-leytenantı" ali xüsusi rütbəsindən, "general-leytenant" ali hərbi rütbəsindən və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az