Türkiyədə körpələrə səhvən COVID peyvəndi vurulub - VİDEO

Türkiyədə körpələrə səhvən COVID peyvəndi vurulub - VİDEOTürkiyədə azyaşlılara səhvən koronavirusa qarşı peyvənd vurulub.

Bunu İzmirdəki Egey Universitetinin professoru, həkim Zəfər Qurugöl bəyan edib.

O bildirib ki, uşaqlara hepatit B peyvəndi əvəzinə COVID vaksini vurulub.

Onun sözlərinə görə, belə hallar bütün yaş qruplarından olan, o cümlədən də bir yaşdan aşağı körpələ bağlı baş verib.

Həkim azyaşlılara yüksək dozada koronavirus peyvəndi vurulmasına baxmayaraq, onlardan heç birində hər hansı yan təsirin müşahidə edilmədiyini bildirib.

Türkiyə Səhiyyə Nazirliyindən mövcud faktlarla bağlı araşdırmalara başlandığı qeyd edilib./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1455   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş