Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLAR

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARBiG.AZ bir dövr Azərbaycan kinolarının ulduz aktrisası hesab olunan Leyla Sıxlinskaya haqqında maraqlı məlumatları təqdim edir.

Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub.

***

Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova haqqındadır.

Leyla xanım 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, daha sonra isə Xalq artisti fəxri adına layiq görülüb.

***

Aktrisa "Arşın mal alan", "Bağ mövsümü", "Cazibə qüvvəsi", "Dantenin yubileyi", "Dədə Qorqud", "Gün keçdi", "Qəm pəncərəsi", "Qızıl qaz" filmlərinə çəkilib. Ona ən böyük məşhurluğu isə "Arşın mal alan" filmindəki Gülçöhrə və "Gün keçdi" filmindəki Əsmər obrazları gətirib.

"Gün keçdi" 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.

Deyilənə görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu "Bağ mövsümü" filminə çəkmək istəmirmiş:

"Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu".

***

Leyla Şıxlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini general Əzizağa Şıxlinski ilə qohumluq əlaqələrinin olduğu da deyilir. Aktrisa özü bu barədə açıqlama verərkən bildirib ki, müəyyən qohumluq əlaqələri olması barədə məlumat doğrudur. Və o, həm də Məşədi Əzizbəyov adına doğum evinin qurucusu Mustafa bəy Hacıqasımovun nəvəsidir.

Valideynlərinin hər ikisi ilə yaxşı münasibətləri olan aktrisa onların mühafizəkarlığı barədə müsahibələrinin birində deyir:

"Anam uşaqlara qarşı sərt idi. O, ədəb, gözəl davranış qaydaları kimi anlayışlara çox diqqət yetirirdi. Atam çox mühafizəkar idi və bəzən onunla mübahisə edirdik. Belə mübahisələrin nəticəsi olaraq mən anamın soyadını daşımalı oldum. Atam qəti şəkildə mənim xoreoqrafiya məktəbində oxumağıma qarşı çıxırdı. O, həmişə deyirdi:

"İdmana həvəs göstərsən, yaxşı olar".

Kolleci bitirib rəqqasə ixtisası alanda atamla dalaşdıq. Atam deyirdi ki, mənə rəqqasə qız lazım deyil. Bu peşə onun soyadını rüsvay edəcək. Anam atamın mənə dediyi bu sözləri öyrənəndən sonra mənim soyadımı dəyişdirdi və mənə öz soyadını verməli oldu".

Bir müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino yaradıcılığı haqqında belə deyir:

"Sonralar kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər, amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs deyirdim".

***

Aktrisa 1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı Jaila və oğlu Filip.

***

Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib. 2002-ci ildə "Humay" mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin birinin rəhbəri kimi fəaliyyət göstərir.

Aktrisa dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin birində belə cavab verib:

"Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir".

Xalq artisti müəyyən dövrlərdə Azərbaycan aktrisaları Amaliya Pənahova və Həmidə Ömərova ilə qalmaqal da yaşayıb. Müsahibələrinin birində "Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm" fikrini səsləndirib. Daha sonra isə Amaliya Pənahovanın "Gün keçdi" filmində onun Əsmər obrazını səsləndirməsini bəyənmədiyini vurğulayıb:

"Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir... Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".

Aktrisa hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan qalması ilə bağlı verilən suallara belə cavab verib:

"Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməliyyat etmisiz, yaxşı etmisiz!".

Mənbə: Kulis.az

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLARDörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5070   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.