Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaqAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2630   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

CENTCOM: İran donanmasının 100-dən artıq gəmisi məhv edilib

İran donanmasının 100-dən çox gəmisi məhv edilib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper danışıb. "İran donanmasının 100-dən çox gəmisini məhv etmişik. Hələ işimiz bitməyib", - o qeyd edib./APA

16.03.2026 295
.

Hər gün yediyiniz makaronun orqanizmə təsiri sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Makaron artıq uzun müddətdir ki, dünyada ən populyar qida məhsullarından biri hesab olunur. Makaronu sürətli enerji mənbəyi adlandırmaq olar. Onun tərkibində karbohidratlar var və bu maddələr xüsusilə ağır iş günündən və ya ciddi fiziki fəaliyyətdən sonra gücün bərpa olunmasına kömək edir. Lakin məsələni

16.03.2026 378
.

Ötən il Azərbaycanda bir uşağa Ronaldo adı verildi

Ötən il Azərbaycanda doğulan bir körpəyə tanınmış futbolçunun adı verilib. Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, 2025-ci ildə 1 uşağa Ronaldo adı verilib. Əvvəlki illərdə də bir neçə körpəyə məşhur futbolçuların - Zidan, Messi, Neymar və digərlərinin adı qoyulub. Qeyd edək ki

16.03.2026 319
.

Liderlər hədəfdə: Yaxın Şərqdə pərdəarxası oyunlar

"İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair müxtəlif iddialar yayılıb. Maraqlıdır ki, oxşar məlumatlar İranın ali liderliyinə namizəd kimi göstərilən Müctəba Xamenei ilə bağlı da səsləndirilir. Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxması bu iddialara son qoyacağı gözləntilərin

11:54 179
.

Qlobal böhran qapıdadır: Azərbaycanda ərzaq və digər məhsulların qiyməti sürətlə artacaq - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ-İran qarşıdurmasının hərbi müstəviyə keçməsi ehtimalı dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Enerji bazarlarında qeyri-müəyyənliyin artması, neft və qaz qiymətlərinin kəskin yüksəlməsi qlobal inflyasiyanı sürətləndirə və bir çox ölkələrdə iqtisadi sabitliyi sarsıda bilər. Belə bir ssenar

11:51 386
.

Rasim Balayevdən sevindirici xəbər: "Bakıya qayıdır"

Hazırda Türkiyədə müalicə olunan Xalq artisti Rasim Balayev yaxın günlərdə Bakıya dönəcək. Bunu Qaynarinfo-ya açıqlamasında nəğməkar şair Baba Vəziroğlu deyib. Şair aktyorun səhhətində böyük irəliləyiş olduğunu vurğulayıb:. "Müalicə artıq yekunlaşır, vəziyyəti çox yaxşıdır. Ayaqları açılıb, yerim

11:20 188
.

"Naxçıvan TV üçün 3 studiya dizayn etmişik, amma 130 minimizi vermirlər"

"Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı, istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bu günə qədər televiziya tərəfindən bizə ödənməli olan 130 543,40 manat pul hələ də verilməyib". Bu şikayətlə "Qafqazinfo"ya "Dep

11:07 191
.

Bakı yollarında sıxlıq: Sumqayıt, Xırdalan və Cənub istiqamətləri üçün təkliflər

"17-18 mart tarixlərində Bakı şəhəri ərazisində nəqliyyat sıxlıqlarının yaranacağı proqnozlaşdırılır. Sıxlıqların qarşısını almaq və səyahəti rahatlaşdırmaq üçün alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur". Bunu BİG.AZ-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib. O

14:41 116
.

Yumurtalar süni ola bilərmi? Həqiqət və risklər

"Son dövrlərdə qidaların süni hazırlanması ilə bağlı videolar social şəbəkələrdə geniş paylaşılır. Əsasən Çində hazırlandığı iddia olunur. Bunlardan biri də süni yumurta mövzusundadır. İnternetdə yayılan videolar adətən laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurta əvəzedicilərini

15:02 73
.

TOP MP3