Azərbaycanın iştirakı ilə yeni turizm marşrutu təklif olunur

Azərbaycanın iştirakı ilə yeni turizm marşrutu təklif olunurŞərabçılıq inkişafı ilə birlikdə şərab turizmi (Enoturuzm) marşrutunu da formalaşdırır. İnsanlar getdikcə daha çox üzüm sortlarını deyil, həm də məhsulun hansı şəraitdə yetişdiyini, şərab istehsalı prosesinin necə həyata keçirildiyini gözləri ilə görməyə üstünlük verirlər. Şərab marşrutunun destinasiyası gənc olsa da, mənşə tarixi bölgədən bölgəyə dəyişir. Daha çox 2000-ci illərdən start götürən şərab turu (Vinetour) bir və ya daha çox şərab fabrikini ziyarət etmək istəyənlər üçün təşkil edilir. Standart proqrama üzüm bağları turu, istehsal prosesi ilə tanışlıq, şərab zirzəmiləri turu və ən əsası, dequstasiya daxil edilir. Payızda belə səfərə çıxanların üzüm yığımında iştirak etmək və ya məhsulu ayaqları ilə əzmək şansı ola bilir. Bu cür turların başqa bir xoş tərəfi, bölgə mədəniyyəti ilə yanaşı, şərab hazırlayan insanlarla tanış olmaqdır. Həm də bəyəndiyiniz şərabı birbaşa istehsalçıdan almaq şansı əldə edirsiniz.

Bununla bağlı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik:

Hazırda dünya populyar turizm marşrutları arasında şərab turları da yer alıb: fərdi, qrup, korporativ, bir neçə saat, tam gün və ya bir neçə günü əhatə edən turlar təklif edilir. Bu turizm növü həm şərab həvəskarları, həm də təcrübə mübadiləsi aparmaq istəyən və dünyanı gəzən səyahət həvəskarları üçün maraqlıdır.

Ekspertlər bildirirlər ki, hazırda bu bazarın ümumi həcmini qiymətləndirmək problemdir. Məsələn, İtaliyada şərab turizmi ildə 2,5 milyard avro gəlir gətirir. Almaniyada bu tip tətillərə hər il 50 milyon insan qatılır və onlar səyahətə 5,5 milyard avro xərcləyirlər. ABŞ-da 27 milyon səyahətçi yemək və şərab dequstasiyasına maraq göstərir.

Şərab turları istehsalçıların özləri, eləcə də fərdi bələdçilər və ya ixtisaslaşmış agentliklər tərəfindən təşkil edilir. Qurulmuş şərab marşrutlarına güvənərək turu fərdi qaydada planlaşdıranlar da var.

Dövlət Turizm Agentliyi "İter Vitis Qafqaz" şərab marşrutunun reallaşması istiqamətində işlər həyata keçirir. Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova "Kaspi"yə açıqlamasında qeyd edib ki, şərab marşrutu üzərində işlər davam etdirilir:

"Bu marşrut Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır. Azərbaycanda isə bu marşrut Bakıdan start götürür və Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Balakən də marşruta daxil ediləcək. "İter Vitis" Qafqaz marşrutu üzrə Gürcüstanla danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq. Gürcüstan da təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu, Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur. Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də, bu, yeni və innovativ marşrutdur. Bu, Qafqaz ölkələrinin turizm marşrutudur".

Ş.Həsənova şərabla bağlı Qarabağ regionu üzrə də işlər görüləcəyini və gələcəkdə marşruta əlavə olunacağını bildirdi. Sektor müdirinin məlumatına görə, hazırda ölkədə 15-dən çox şərab zavodu fəaliyyət göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır:

"Onu da qeyd edim ki, "İter vitis" marşrutunun məqsədi təkcə şərabı dequstasiya etmək deyil, eyni zamanda, yerli üzüm sortlarını təqdim etmək və bu istiqamətdə mədəni irsi tanıtmaqdır".

Qeyd edək ki, Azərbaycanda şərab turizminin öz tarixi ənənələri var. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hələ SSRİ dövründə Azərbaycan şərabları populyar olub. Hətta medallara layiq görülüb. Ancaq Sovet İttifaqı dağılandan sonra şərab turizmi də tədricən sıradan çıxıb:

"Hər ölkənin şərabçılıq mədəniyyəti var. Turistlər bu fərqli mədəniyyətlərlə tanış olmağa can atırlar. Son illər yenidən bizim ölkəmizdə də şərabçılıq dirçəlib. Şamaxı, İsmayıllı, Qəbələ, Tovuz, Gəncə kimi rayonlarda şərab turizmini inkişaf etdirən müəssisələr fəaliyyət göstərir".

Ekspert hesab edir ki, bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməli və tətbiq edilməlidir:

"Bu yolla dünya ölkələrinin vətəndaşlarını ölkəmizə turist kimi cəlb etmək olar". Ekspertin fikrincə, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları daha çox təbliğat işləri aparmalıdır. Yəni şərab fanatları ölkəmiz də daxil olmaqla dünyanın hər yerində var. Şərab turizmini inkişaf etdirmək üçün böyük potensial da öz yerində...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

11.11.2026 245
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.