Azərbaycan kakao ixracından qazancını 24 % artırıb

Azərbaycan kakao ixracından qazancını 24 % artırıbBu ilin yanvar-avqust aylarında Azərbaycan 55,086 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,752 milyon ABŞ dolları (24,3 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 2,624 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,508 milyon ABŞ dolları (24 %) çoxdur.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,75 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 275   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti