Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb

Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıbYasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 590   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti