Makronu Hitlerə bənzədən şəxs cərimələndi

Makronu Hitlerə bənzədən şəxs cərimələndiFransada reklam şirkəti sahibi Mişel Anj Flori 10 min avro məbləğində cərimələnib.

Bu barədə Tulon şəhər məhkəməsi qərar qəbul edib.

62 yaşlı Flori Fransa prezidenti Emmanuel Makronun Adolf Hitlerə bənzədildiyi reklam lövhələrini yol kənarlarında yerləşdirməkdə təqsirkar bilinib. Onun bu hərəkəti dövlət başçısının təhqir edilməsi kimi dəyərləndirilib.

Qeyd edək ki, sözügedən plakatlar iyulun 19-da quraşdırılıb və Fransa ictimaiyyətində geniş əks-səda doğurub.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 509   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş