Ziya Məmmədov təcili Bakıya çağırıldı
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation" şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb.
BiG.AZ xəbər verir ki, bu haqda musavat.com məlumat yayıb. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, işçilərinin olduğunu açıqlamışdı. Belə aydın olmuşdu ki, sabiq nazirin günü Ucarda keçir. İsveçdə adı yenidən cinayət işində hallanmağa başlayandan sonra Ziya Məmmədovu Bakıya çağırıblar.
Xatırladaq ki, Z. Məmmədovun adı 100 milyonluq rüşvətdə hallanır. 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə "Bombardier"in başçılıq etdiyi konsorsium qalib gəlib. Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara "otkat" verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə "dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə" 100 milyon dollar rüşvət ödənilib.
Sayt əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq "otkat" işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.
"Ziya Məmmədov hazırda istintaqdadırmı" sualına "bilmirəm" cavabı verilib. "Ziya Məmmədov Bakıdadırsa, onun Ucardakı mal-qarasına kim baxır, yonca, taxıl, arpa sahələrini kim idarə edir" sualına da eyni cavab verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2932 Tarix: 12 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın Avropa yolu kilsə mübahisəsinə görə bağlana bilər
Avropa İttifaqı (Aİ) Ermənistanı Moskva ilə kilsə əlaqələrini dayandırmağa çağırıb, əks halda ölkənin təşkilata üzvlüyünün sual altına düşə biləcəyi iddia olunur. xəbər verir ki, bu barədə "Tsargrad" qəzeti Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatlarına istinadən yazıb. Nəşrin məlumatın
12:08 163 Boşanmaq istəyi mənəvi zərər sayılırmı?
"Azərbaycanda mənəvi zərərin kompensasiyası ilə bağlı hüquqi meyarlar daha da dəqiqləşdirilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında mənəvi zərərin anlayışı, onun yaranma səbəbləri və kompensasiy
14:31 163 ABŞ konqresmeni: "Rusiya ilə dialoqdan imtina etmək səhvdir"
ABŞ-ın Ukraynadakı münaqişənin diplomatik həllindən yayınması ciddi səhv olardı. xəbər verir ki, ABŞ Konqresmeni Anna Paulina Luna sosial media platforması X-də bildirib. Onun sözlərinə görə, yetkin diplomatiya və Rusiya ilə açıq dialoqun aparılması Tramp administrasiyasına uğur qazanmağa imkan verəcək
10:48 153 Tramp İrana qoşun göndərməyəcək, amma…
"İrana quru qoşunları göndərməyə ehtiyac yoxdur". xəbər verir ki, bu fikirlərin müəllifi ABŞ prezidenti Donald Trampdır. Onun sözlərinə görə, Hörmüz boğazının Amerika tərəfindən blokadasının sentyabr ayına qədər uzadıla biləcəyi istisna deyil. Tramp həmçinin İranın yeni dini lideri Müctəb
20:30 1 Ermənistanın keçmiş müdafiə nazirindən hərbi aviasiya ilə bağlı çağırış
Ermənistan Rusiyadan Su-30SM qırıcı təyyarələrinin alınmasını davam etdirməlidir. xəbər verir ki, bunu Sputnik Armenia-ya açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bildirib. O qeyd edib ki, nazir vəzifəsində çalışdığı dövrdə Yerevan Moskvadan bu tip dörd qırıcı təyyarə alıb və həmi
11:52 166 "Yenidən gəlinlik geyinmək istəyirəm"
Müğənni İradə İbrahimova bacısı Nigar İbrahimova ilə birlikdə maraqlı video paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi videoda həyat yoldaşına səslənərək yenidən gəlinlik geyinmək istədiyini deyib. "Nigar da, mən də həyat yoldaşlarımıza səslənirik: biz yenidən gəlinlik geyinmək istəyirik. Bloge
14:30 223 Keşlədə obyekt yanır - Yenilənir
Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
13:30 194 Katz: "İsrail atəşkəsə baxmayaraq, Livanda əməliyyatları davam etdirəcək"
İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, İsrail hələlik Livanın cənubundakı əməliyyatlarını davam etdirəcək və İsrail tərəfindən evlərindən zorla çıxarılan Livan sakinləri geri qayıda bilməyəcəklər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Katz verdiyi açıqlamada qoşunları
10:53 156 Mariya Zaxarova Qərbin Ermənistanla bağlı planlarından danışdı
Qərbin Ermənistanın nadir torpaq ehtiyatlarına marağı var. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib. Diplomatın sözlərinə görə, "təəssüf ki, Qərbdə hələ də 'ələ keçirmək, soymaq, mənimsəmək, alçaltmaq və məh
11:35 176