Boşanmaq istəyi mənəvi zərər sayılırmı?
"Azərbaycanda mənəvi zərərin kompensasiyası ilə bağlı hüquqi meyarlar daha da dəqiqləşdirilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında mənəvi zərərin anlayışı, onun yaranma səbəbləri və kompensasiya şərtləri ətraflı izah olunub".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, qərara əsasən, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirabdır. Mənəvi sarsıntı dedikdə stress, qorxu, qəzəb, kədər, alçalma, utanma və uzunmüddətli qeyri-müəyyənlik kimi neqativ emosional hallar nəzərdə tutulur. Mənəvi iztirab isə daha ağır nəticələrə səbəb olan, şəxsin fiziki və ya psixi sağlamlığına təsir göstərən emosional vəziyyət kimi qiymətləndirilir:
"Ali Məhkəmə ailə münasibətləri çərçivəsində ər-arvadın da bir sıra şəxsiyyət hüquqlarına malik olduğunu vurğulayıb. Bu hüquqlara qarşılıqlı hörmət və yardım gözləmək, ailə sirrinin qorunması, şərəf və ləyaqətin müdafiəsi kimi məsələlər daxildir. Məhkəmənin mövqeyinə görə, məişət zorakılığı, fiziki və psixoloji təzyiq, ailə sirrinin yayılması, həyat yoldaşının şərəf və ləyaqətinin alçaldılması, eləcə də onu köməksiz vəziyyətdə qoyan digər davranışlar mənəvi zərərin yaranmasına səbəb ola bilər.
Bununla yanaşı, qərarda qeyd olunur ki, ər-arvaddan birinin boşanmaq istəməsi, birgə əmlakın bölünməsi ilə bağlı iddia qaldırması, nikah müqaviləsi təklif etməsi və ya nikah münasibətləri faktiki olaraq pozulduqdan sonra ailə münasibətlərindən irəli gələn bəzi öhdəlikləri yerinə yetirməməsi avtomatik olaraq hüquqazidd əməl hesab edilə bilməz.
Ali Məhkəmə vurğulayır ki, mənəvi zərərə görə kompensasiya tələb edilərkən yalnız hüququn pozulması deyil, həm də həmin pozuntu nəticəsində şəxsin real mənəvi sarsıntı və ya iztirab keçirməsi sübuta yetirilməlidir. Kompensasiyanın məbləği müəyyən edilərkən isə pozulmuş hüququn xarakteri, əməlın ağırlıq dərəcəsi, nəticələri, tərəflərin xüsusiyyətləri və ədalətlilik prinsipi nəzərə alınmalıdır.
Qərarda həmçinin bildirilir ki, şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmirZZ".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 702 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
14.11.2026 232 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 245 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 239 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 194 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 71 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 137 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 268 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 196 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 308