Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİ

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİHəftəsonu qonaqlarınız gələcək, yaxud dadlı şirniyyatla özünüzü və yaxınlarınızı mükafatlandırmaq istəyirsiniz? Hazırlanması asan olsun, lakin dadından da doyulmayan şirniyyat axtarışındasınız? Bəs peçenye necə, sevirsiniz?

BiG.AZ simpla.az-a istinadən sizə tez hazırlanan, asan, lakin çox dadlı peçenyeli şirniyyat resepti məsləhət görür:

1. Peçenyeli trüffel

Bol söhbətli yay axşamlarında çayınızın yanında təqdim edə biləcəyiniz peçenyeli şirniyyat toplarını hazırlamaq çox asandır.

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİTrüffel üçün lazım olan məhsullar

300 qr. peçenye
1 stəkan təmizlənmiş qoz ləpəsi
1 yemək qaşığı Nescafe
1 paket qaymaq
2 yemək qaşığı Nutella
1 yemək qaşığı kərə yağı
Üzəri üçün:
Kokos qırıntısı
Qoz ləpəsi
Püstə
Şokolad qırıqları
"Yubileynoe" peçenyesi - 300 qr
Banan - 2 əd.
Xama - 2 əd.
Kakao tozu - 2 x/q.
Tünd dəmlənmiş çay (yaxud süd) - 100 ml

Hazırlanma qaydası:

Peçenyelər mətbəx blenderinin köməyi ilə un halına gələnədək əzilir yaxud əl ilə ovxalanır.

Qoz ləpəsi, nescafe, qaymaq, Nutella və kərə yağının da yer aldığı bir qaba ovulmuş peçenye əlavə edilir və yoğrulur. Alınan xəmir yumşaq, dağılmayan konsistensiyada olmalıdır.

Hazırlanan xəmirdən zövqə uyğun böyüklükdə hissələr ayrılır və yuvarlaq toplar hazlına gətirilir.

Peçenyeli trüffellər kokos, qoz və ya püstə qırıntısı, eləcədə şokolad qırıqlarına batırılaraq bir boşqaba düzülür. Hazır toplar soyuducuya qoyulduqdan yarım saat sonra gözəl dəmlənmiş çay ilə birlikdə təqdim oluna bilər.

Qeyd: Şirniyyatın tərkibində yumurta olmadığı üçün soyuducuda 3 günə qədər ağzı qapalı qabda saxlanıla bilər.

2. Bişirilmədən hazırlanan bananlı və peçenyeli tort

Meyvəli və asan hazırlanan tort resepti axtarırsınız? Büdcəli , tez hazırlanan və çox dadlı olsun istəyirsiniz? O zaman bu resept sizin üçündür!

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİBananlı-peçenyeli tort üçün lazım olan məhsullar:

"Yubileynoe" peçenyesi - 300 qr
Banan - 2 əd.
Xama - 2 əd.
Kakao tozu - 2 x/q.
Tünd dəmlənmiş çay (yaxud süd) - 100 ml

Hazırlanma qaydası:

Tort üçün çox dəymiş bananlar seçmək lazımdır, belə bananlar tortu daha ləzzətli edəcək. Xama yağlı və qatı teksturalı olmalıdır.

Peçenyeləri isladmaq üçün tünd dəmlənmiş çay, yaxud ilıq süddən istifadə etmək lazımdır. Əvvəlcə, peçenyeləri çaya (südə) batırın.

Sonra islanmış peçenyeləri içərisi qida plyonkası ilə örtülmüş kənarları hündür formaya düzmək lazımdır. Tortun ölçüsünü özünüz seçirsiniz, bizim istifadə etdiyimiz qaba 3x2 ədəd peçenye yerləşir. Hündürlüyünü isə 3 sıra nəzərdə tutmuşuq.

Peçenyelərin üzərinə xama çəkin (əgər istifadə etdiyiniz xamada turşluq varsa, içərisinə bir az şəkər pudrası da qata bilərsiniz).

Bananları təmizləyib 1 sm qalınlıqda halqalar şəklində kəsirik və xamanın üzərinə düzürük.

Beləliklə bu prosesi daha 2 dəfə təkrar edirik. Axırıncı sıranın üzərinə banan düzmürük. Sonda üzərinə ələklə kakao tozu səpirik. Tortu 2-3 saatlıq soyuducuya qoymaq və süfrəyə formadan çıxararaq dayaz qabda təqdim etmək tövsiyə olunur.

Ləzzətli tortumuz hazırdır!

3. Yoqurt və peçenyeli tort

Dadlı, faydalı və sadə hazırlanan peçenye əsaslı, jelatin və yoqurtlu tort.

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİYoqurt və peçenyeli tort üçün lazım olan məhsullar:

Kövrək peçenye - 200 qr
Yoqurt - 500 ml
Kərə yağı - 60 qr
Jelatin - 4 çay qaşığı
Su - 250 ml
Dondurulmuş və ya təzə giləmeyvələr - 100 qr
Şəkər - zövqə görə

Hazırlanma qaydası:

Tort hər zaman insanlara bayram əhval-ruhiyyəsi gətirir. Odur ki, yaxınlarınızı, elə lap özünüzü bayram əhval-ruhiyyəsi ilə mükafatıandırın. Sizinlə yüngül, giləmeyvəli, əsl yay tortunun reseptini paylaşmaq istərdik. Giləmeyvələri sevdiyiniz digər meyvələrlə əvəzləyə bilərsiniz. Peçenye bu tortda bünovrə rolunu oynayacaq. Beləliklə, başlayaq:

Əvvəlcə jelatinin üzərinə qaynadılmış su əlavə edirik şişməsi üçün 20 dəqiqə ara veririk.

Digər tərəfdə blenderin köməkliyi ilə peçenyeni un halına gətirənədək əzirik və üzərinə kərə yağı əlavə edib qarışdırırıq. Alınan kütləni tort formasının içərisinə boşaldırıq və qaşığın arxa tərəfinin köməyilə üzərindən döyürük ki, tortun alt təbəqəsi möhkəm olsun. Tort üçün formanı nazik qida plyonkası ilə döşəmək lazımdır ki, hazır tortu formadan asan çıxarmaq olsun.

Kənarda şişmiş jelatin kütləsini su buxarında əridirik və yoqrutla qarışdırırıq. Yoqurt otaq temperaturunda olmalıdır. Alınan kütləyə giləmeyvələri bərabər düzürük. Yoqurtlu qarışığı formaya tökürük və tam soyuyana qədər 1-2 saatlıq soyuducuya qoyuruq. Yoqurtlu tort tamamilə bərkidikdən sonra formadan çıxarıb boşqaba yerləşdiririk və təzə dəmlənmiş ətirli çay ilə süfrəyə veririk.

4. Qatılaşdırılmış süd və peçenyeli tort

Qatılaşdırılmış südü sevməyən çətin tapılar. Çoxları üçün bu dad uşaqlığı xatırladır. Üstəlik sevimli peçenye ilə təqdim edildikdə, dadından doymaq olmaz.

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİQatılaşdırılmış süd və peçenyeli tort üçün lazım olan məhsullar

Peçenye - 250 qr
Kərə yağı - 150 qr
Bişmiş qatılaşdırılmış süd - 180 qr
Bəzək üçün: şokolad; şəkər pudrası yaxud kokos qırıntısı istifadə etmək olar.
1,5 paket "petit beurre" və ya az şəkərli, kövrək hər hansı başqa peçenye
1 litr süd
2 x/q nişasta
1 x/q un
1 əd. yumurta
1 paket kakao (25 gr),
1 paket vanilin
Peçenyeləri islatmaq üçün əlavə olaraq 1 kasa süd
Kokos

Hazırlanma qaydası:

Bu tortu da hazırlamaq üçün soba qarşısına keçməyə gərək yoxdur. Hazırlanma prosesi də sadəcə asan deyil, çox asandır. İnqrediyentlərinə baxaraq da buna əmin olmaq olar.

Beləliklə, keçək hazırlama qaydasına: Kərə yağı və qatılaşdırılmış südü tam bir-birinə qarışanadək mikserlə qarışdırırıq. Peçenyeni xırda parçalara ayırırıq, bir hissəsini un halına gətiririk, bir hissəsi isə elə xırda parçalarda saxlayırıq. Bu, sonda torta xüsusi ləzzət qatacaq. Peçenyeni də qatılaşdırılmış süd və yağı qarışımının içinə əlavə edirik və yenə qarışdırırıq və alınan qarışımı içərisi qida plyonkası ilə örtülmüş xüsusi formaya yerləşdiririk. Formanı 1-2 saatlıq dondurucuya qoyuruq. Kütlə donana qədər, sürtkəcdə şokoladı sürtürük. Donmuş tortu formadan çıxarırıq. Sürtkəcdən keçirilmiş şokoladla üzərini bəzəyirik.

5. Peçenye və kakaolu tort

Qeyd etmək üçün xüsusi tarix yoxdursa belə, dadlı şirniyyat hər zaman yaxşı fikirdir! J Elə isə, bu fikri vaxt itirmədən dəyərləndirək!

Peçenyedən hazırlanan - 5 ASAN ŞİRNİYYAT RESEPTİPeçenye və kakaolu tort üçün aşağıdakı məhsullar lazımdır:

1,5 paket "petit beurre" və ya az şəkərli, kövrək hər hansı başqa peçenye
1 litr süd
2 x/q nişasta
1 x/q un
1 əd. yumurta
1 paket kakao (25 gr),
1 paket vanilin
Peçenyeləri islatmaq üçün əlavə olaraq 1 kasa süd
Kokos
Bəzək üçün:

Kokos

Hazırlanma qaydası:

Südü, nişastanı, unu, şəkəri, yumurta və kakaonu bir qazanda orta ocaqda bişirmək lazımdır. Bişirilən kütlə qaynamağa başladıqda vanilin əlavə edilərək qarışdırıb ocağın altını söndürürük. Tortun formadan asan çıxması üçün şüşə, kvadrat formalı qabı bir az islatmaq lazımdır. Peçenyeləri südə batırıb şüşə qabın içinə düzürük, üzərinə səthini tam örtəcək qədər isti qarışımı əlavə edirik. Sonra isladılmış peçenyelərlə tortun ikinci sırasını düzürük və isti qarışımla üzərini örtürük. Eyni prosesi daha 1-2 dəfə təkrar edirik. Tortu kokosla bəzəyirik və tam soyuyanadək soyuducuda saxlayırıq. Soyuduqdan sonra süfrəyə verin və ailə üzvlərinizi bir yerə toplayıb nuş edin.

Sonda xatırlatmaq istərdik ki, bu dadlı şirniyyatların hazırlanması üçün lazım olan məhsulları Simpla-dan sifariş edə və sifarişinizi heç hara getmədən, istədiyiniz ünvanda əldə edə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1657   Tarix: 30 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

TOP MP3