Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

Kişilər! Bu 12 qadından özünüzü qoruyun! Baş götürüb, qaçılası qadın növləri

Dünyada elə kişi yoxdur ki, qadınla münasibət qurmaq məsələsində ağzı yanmasın. Adam neçə dəfə aldanar, neçə dəfə ağzı süddə elə yanar ki, sonra qatıq içməyə qorxar? Amma kişilər öz səhvlərindən xeyirli nəticələr çıxarırlarmı? Əlbəttə, yox! Çünki hər dəfə təzə münasibətlər qurulanda, hər dəfə üfüqdə təzə qadın görünəndə sadəlövhcəsinə ümid edirlər ki, yox, bu dəfə hər şey başqa cür olacaq.
Psixoloqlar hesab edir ki, təhtəlşüur olaraq, kişilər hər dəfə əvvəllər tanıdıqları tiplərə oxşar can yoldaşı axtarırlar. Və buna görə də hər dəfə eyni şey təkrarlanır. Eyni dramlar, eyni üzüntülər və həmin paralanmış ürək.
Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır.

1) Kişi düşməni - Feminist
Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı.
O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın "kişilər nadir halarda beyinləri ilə düşünürlər" kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin!

2) Pulgir – Qabırğa
Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə "çağırışla gələn qız" da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri...
Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın.

3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu "xanım-xatın"ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.
Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq.

4) Dinamik qadın – Heç nəyə vaxtı yoxdur!
Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz.
Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq.
Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir daha kimisə yaxına buraxmaqdan qorxur.

5) İfritə – feminstin uzaq qohumu
O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün "iyrənc donuzlar" və "eşşəklər"dir.
Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin!

6) Getmə gözümdən – gedərəm özümdən: yapışqan qadın
Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb.
Deməli, belə qadından da qaçmaq məsləhətdir.

7) Ləçər – amma qəşəngindən...
Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə "mədəni" şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bütün standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir.


8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist!

Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.

9) Ər ölüsü...
Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var – o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə.

10) İkiüzlü
Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək...

11) İtoynadan...
Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam.

12) Hökmran
Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli olduğunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.
Belə. Yazıq kişilər...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9172   Tarix: 26 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

TOP MP3