"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" - Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏBiG.AZ saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur.

2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qərar verdiniz və bu qədər sevilməyi necə bacardınız?

- Ailəmin dəstəyi və məsləhəti ilə "Popstar" yarışmasına qatıldım. Əgər sevilə bildimsə nə xoş mənə. Sevilmək üçün xüsusi bir metod istifadə etmədim sadəcə təbii olmağa çalışdım.

"Popstar" yarışmasında ifa etdiyiniz "Sessiz Gemi" və "Bu Gece Son" mahnılarınız həmin zamana damğa vurdu və hər yerdə səsləndi. Bu sizdə necə alındı?

- "Sessiz Gemi"ni ifa etdiyim həftə ilk dəfə həftəni birinciliklə bitirdim və bir çox insanın yaddaşında qalmağı bacardım. "Bu Gece Son" mahnısını isə hər həftə yarışmada mübarizəni dayandıran iştirakçının ardından mən oxuyurdum və mahnıda mənlə daha çox sevildi.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" - Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏAnkara Universitetində siyasət təhsili almağınıza rəğmən necə oldu ki, müğənni olmağa qərar verdiniz?

- Mahnının mənim üçün bir ehtiras olduğunu fərq ettim və həyatımı buna həsr etmək istədim. Yaxşı ki, bu seçimi etdim. Bir daha seçmə şansım olsaydı yenə də müğənni olmağı seçərdim.

Işın Karaca, Bengü kimi məşhur müğənnilərin vokalistliyini etdiniz. Bəs karyeranızın əvvəlində hansısa məşhur sizə dəstək olub?

- Açıqcası heç kimdən dəstək görmədim. Bunu kimisə pisləmək üçün demirəm. Mən yıxıla dura tapdım öz yolumu.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" - Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏBir müsahibənizdə ulduzların gənclərin önünü kəsdiyini demişdiniz. Tam olaraq nəyi nəzərdə tutmuşdunuz və hələ də belə düşünürsünüz?

- Bəli, bu sözümün arxasındayam. Təəssüf ki, istedadsızlar istedadlılardan daha irəli getmək üçün onların önünü kəsirlər ki, özlərinə daha çox pay düşsün. Xüsusilə istedad yarışmalarında həqiqətən bacarıqlı olanları və ulduz işığı olanları qəbul etmirlər və ya ilk turda mübarizədən kənarlaşdırırlar.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" - Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏAzərbaycanda sizin "Zalim" mahnınız çox sevildi. Böyük bəstəkarımız Eldar Mansurovun musiqisi və gözəl aktrisamız Aysel Nazimin klipdə çəkilməsi bizim diqqətimizi çəkdi və çox bəyəndik. Bu layihə necə reallaşdı?

- "Zalim" Kanun Yıldırımın layihəsi idi. Mənə solist olmağı təklif etdi və məmmuniyətlə qəbul etdim. Çünki çox sevdiyim mahnıdır. Hətta məncə ölümsüz bir mahnıdır. Mən də bəstənin Eldar bəyə aid olduğunu öyrənəndə, dəyərli dostum Aysel Nazimdən "kliptə çəkilmək istəyərsən mi?" sualını soruşdum. Sağolsun təklifi qəbul etdi. Biz klip üçün Almaniyada görüşdük və orada çəkildi. Həqiqətən də çox uğurlu bir iş ortaya çıxdı.

Azərbaycanda tanıdığınız müğənnilər var mı?

- Təbii ki, var. Azərbaycanda çox dəyərli sənətçilər var. Məsələn 2010-cu ildə Faiq Ağayev ilə Bakıda tanış olmuşduq. Elnarə Xəlilova ilə 2014-cü ildə "Dayan" adlı bir duetimiz olub. Böyük sənətkar Polad Bülbüloğluna da çox böyük hörmətim var.

Karyera hədəfləriniz nələrdir?

- Bəlkə də heç bir zaman bu xəyalıma nail olmayacağam amma mən mahnılarımı və səsimi bütün dünyaya dinlətmək istəyirəm.

Sizcə Türkiyənin ən yaxşı kişi və qadın müğənniləri kimlərdir?

- Ən yaxşısın seçmək çox çətindir amma mən Fatih Erkoç və Sezen Aksu heyranıyam.

Yaxın keçmişdə sizin "Eurovision"da Azərbaycanı təmsil edəcəyiniz gündəmə gəlmişdi. Gələcəkdə belə bir şeyin olmağını istəyərsiniz?

- Bəli belə bir mövzu olmuşdu. Əgər bir gün reallaşarsa Azərbaycanı təmsil etməkdən qürur duyaram.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" - Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏElmir Kərimli


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 6757   Tarix: 17 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil

13.11.2019 2270
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.