"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva
"Bu gün ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq Türk dünyası ilə Avropa, Mərkəzi Asiya və İslam dünyası arasında əlaqələndirici platformadır: "Ölkəmiz regional gündəmin formalaşdırılmasında fəal iştirak edir. Bu, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal bağlantı və regional sülh məsələlərində özünü göstərir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında artan rolu ona qlobal və regional kontekstdə siyasi çəkisi olan tərəfdaşlıq şəbəkəsi qazandırıb. 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan Sazişindən sonra TDT üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində mühüm institusional yol keçib. Bu müddət ərzində təşkilat mövcud potensialından istifadə etməklə üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə, ortaq maraq doğuran məsələlərin həllinə və beynəlxalq arenada türk dövlətlərinin mövqelərinin gücləndirilməsinə töhfə verib.
TDT Zirvə görüşlərinin müntəzəm keçirilməsi təşkilat daxilində siyasi dialoqun davamlılığını təmin edən mühüm mexanizmlərdən biridir. Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə də başlanılıb. Bu formatda ilk görüş 2024-cü ildə Şuşada keçirilib.
Bu təşəbbüs TDT çərçivəsində daha intensiv siyasi dialoqun və operativ məsləhətləşmələrin aparılması baxımından əhəmiyyətlidir. Ölkəmiz ikitərəfli formatda da TDT-yə üzv ölkələrin hər biri ilə artıq tərəfdaş deyil, müttəfiqdir.
Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir.
Üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yarandıqda, tərəflər dərhal ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində məsləhətləşmələr aparır və bir-birinə zəruri yardım göstərirlər.
Sülhün və təhlükəsizliyin qorunması üçün hərbi və hərbi-texniki əməkdaşlıq genişləndirilir, silahlı qüvvələr arasında birgə əməliyyat və döyüş hazırlığı tədbirləri keçirilir.
İkitərəfli formatda hərbi təlimlərin keçirilməsi nəzərdə tutulsa da, çoxtərəfli formatda hələ ki, belə bir plan yoxdur. Prezident İlham Əliyev bu barədə təklifini vermişdir.
Xarici siyasət koordinasiyası üzrə TDT ölkələri BMT, MDB, İƏT və digər beynəlxalq platformalarda xarici siyasət məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərilir. Bu il BMT-in Təhlükəsizlik Şurasının üzvü seçilən Qırğızıstanın yeni perspektivləri TDT ölkələri üçün də yeni imkanlar yarada bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 804 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə
Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B
11:40 203 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 358 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 206 Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
11:32 220 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
12:31 229 Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
16:02 140 "İlham Əliyev alnından öpüləcək adamdır" - Video
Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri
10:22 240 Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı
10:39 244 Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 209