"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏDeputat Aydın Mirzəzadə BiG.AZ-ın suallarını cavablandırıb.

-Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəlb edilən qızlar az deyil. Azyaşlı qızların məcburi nikaha cəlb edilməsinin qarşısını necə almaq olar?

- Bununla bağlı baş verən hər hansı bir hadisə cəmiyyətimiz üçün bir faciədir. Yeniyetmə qızların intihar etməsi halları cəmiyyət tərəfindən qınanılmalıdır. Düşünürəm ki, bu cür hadisələr ümumiyyətlə baş verməməlidir. Maarifləndirmə işləri aparılmaldır. Bununla bağlı qanunlarımız var. İnanmıram ki, valideyn övladının bədbəxt olmasını istəsin. Ancaq bəzən valideyn yalnış yolda olur. Gənc qızın arzusunu nəzərə almadan, onun gələcək planlarını dinləmədən səhv addım atır. Sonradan da atdığı yalnış addımın ağrısını da özü çəkir. Hesab edirəm ki, maarifləndirmə işləri gücləndirilməlidir. Erkən nikahın zərərləri ilə bağlı video çarxlar hazırlanmalıdır. Həmin video çarxlar televiziyalar, saytlarda yayımlanmalıdır. QHT-lər, yerli icra orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə maarifləndirici tədbirlər keçirilməlidir. Hər hansı bir siqnal olan zaman buna həssas yanaşmalıdırlar. Hesab edirəm ki, 11-ci sinifdə oğlanlar və qızlarla ayrı-ayrılıqda söhbətlər aparılmalıdır. Bu söhbətlər vasitəsi ilə yeniyetmələrə necə davranılmalı olduqları anladılmaldır. Səlahiyyətli qurumların birgə iş aparması gələcəkdə yeniyetmələrin intihar etməsinin qarşısını ala bilər. Valideynləri tərəfindən zorla istəmədiyi insanla evləndirilən təkcə qızlar deyil. Həm də oğlanlar da məcburi nikaha cəlb edilirlər. Bu ailələrdə yaşanan gərginlik sonda tez boşanmalara gətirib çıxarır. Təəssüf ki, Azərbaycanda ildən ilə boşanmaların sayı artır. Hər boşanan ailə vaxtı ilə edilən uğursuz seçimdir. Düşünürəm ki, bu məsələ daim araşdırmalı və diqqətdə saxlanılmalıdır.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ-Son dövrlər gənclərin evdən qaçma halları da çoxalıb. Bir çoxları bunu sosial şəbəkərlə əlaqələndirir.

- Deyilən faktor mövcuddur. Amma nəzərə alınmalıdır ki, bəşəriyyət sosial şəbəkələr dövrünə qədəm qoyub. Sosial şəbəkə ilə ünsiyyət gələcək nəsillərdə də olacaq. Biz bu mühitdə yaşamağı öyrənməliyik. Sosial şəbəkədən düzgün yararlanmalıyıq. Əlbəttə, sosial şəbəkələr məlumatlandırır, bir çox məsələlərdə həyat təcrübəsini artırır. Amma heç bir həyat təcrübəsi olmayan insanlar birdən-birə sosial şəbəkədən istifadə edən zaman müəyyən fəsadları olur. Bu mənada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarını yeniyetmə yaşına çatana qədər necə istifadə etməsini nəzarətdə saxlamalıdır. Onları düzgün istiqamətləndirib, həyatın təkcə sosial şəbəkədən ibarət olmadığını anlatmalıdırlar. Ətrafda onları maraqlandıracaq çox gözəl vərdişlərin olduğunu onlara anlatmalıdırlar. Təcrübə göstərir ki, valideyn övladı ilə nə qədər az ünsiyyət saxlayırsa uşaq sosial şəbəkəyə bir o qədər bağlı olur. Ona görə də bu nisbəti düzgün balanslaşdırmaq lazımdır. Valideynlər uşaqları maraqlandıran məsələlərdə onları düzgün istiqamətləndirməlidir. Kifayət qədər gənclər var ki, onlar əldə etdikləri uğurlara görə valideynlərinə təşəkkür edirlər. Düşünürəm ki, bu məsələdə ailənin üzərinə çox böyük məsuliyyət düşür. Əgər, bir gənc sosial şəbəkədən zərər görübsə, bunun günahını ilk öncə valideynlərdə axtarmaq lazımdır.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ-Aydın müəllim bilirik ki, siz də sosial şəbəkə aktivsiniz. Daha çox sosial şəbəkədə sizə nə ilə bağlı müraciət edirlər?

- İnsanlar mənə bütün məsələlərlə bağlı müraciət edirlər. Elə bir yaş qurupu yoxdur ki, mənə müraciət etməsin. Mən onlarla yazışıb, suallarını cavablandırıram. Elələri də olur ki, qəbuluma da çağırıram. Müraciət edən şəxsin problemi ilə bağlı icra və dövlət orqanlarına, hüquq mühafizə orqanlarına, təhsil ocaqlarına müraciət edirəm. Mən istəyirəm ki, insanlar simamda döyə biləcəkləri qapı, dost görsünlər. Əgər kiminsə problemini həll edə bilirəmsə insan kimi üzərimə düşən vəzifəni icra etmiş oluram. Bəzi hallarda isə insanlar sadəcə tanınmış insanla söhbət etmək istəyir. Bu mənim üçün də xoşdur. Mən sosial şəbəkə vasitəsilə xeyli dostlar tapmışam. Düşünürəm ki, sosial şəbəkədən istifadə etmək mədəniyyətini formalaşdırmaq lazımdır.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2237   Tarix: 05 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.